image-qanunla-reklam
image-1709107410_2964a5d3feb0a9588884cc2329145219

Azərbaycan sülh prosesinə sadiqdir

image-lady-day-az

Azərbaycan sülh prosesinə sadiqdir.

Qalib Azərbaycan postmüharibə dövründə regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, regionda əməkdaşlığın möhkəmlənməsinə, kommunikasiyaların bərpasına hesablanan davranışlar nümayiş etdirir. Prezident cənab İlham Əliyev Azərbaycanın müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq istəyini dəfələrlə birmənalı şəkildə diqqətə çatdırıb.

Azərbaycan Prezidenti daim əsaslandırır ki, iki ölkə arasında sülh sazişi imzalanmadan digər prosesləri irəli aparmaq mümkün deyil. Hər iki ölkə beynəlxalq prinsiplərə və tarixi sənədlərə istinad etməklə bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Azərbaycan postmüharibə dövründə qalib tərəf olaraq hər hansı bir imtiyaz gözləmədən və şərt irəli sürmədən qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib.

Qalib Azərbaycanın postmüharibə mərhələsində sülh prosesinə sadiq qalmasına rəğmən, məğlub Ermənistan barəsində bunu demək mümkün deyil.

Cari ilin Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyi görüşdə ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini təmin edərkən, digər ölkələrin atdığı addımlardan fərqli heç bir addım  atmadığını, bu gün ikili standartların bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrildiyini təəssüf hissi ilə qeyd edib. Dövlətimizin başçısı həmçinin diqqətə çatdırıb ki, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edən də məhz ölkəmiz olub. Ölkə başçısı çıxışında Azərbaycan həqiqətlərini, mövcud reallıqları, ermənilərin illər boyu ölkəmizə, xalqımıza törətdiyi vəhşiliklərdən, hərbi cinayətlərdən bəhs edərək  qeyd edib ki, Ölkəmizin əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı.

“Azərbaycanın özünü təmin edən ölkədir”, – deyən Prezident cənab İlham Əliyev bildirdi ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir.

Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı Mayisə Babayeva

 

 

Almaniya neytrallıq nümayiş etdirir.

Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. İki ölkə arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib, ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. Ümumiyyətlə, son dövrlər Almaniyanın nümayiş etdirdiyi konstruktiv davranışlar, bu ölkənin ölkəmizə münasibətində, eləcə də Azərbaycanın regionda yaratdığı yeni tarixi reallıqlara baxışında obyektiv mövqe tutmasına dəlalət edir. Hiss olunur ki, bəzi Avropa ölkələrindən fərqli olaraq Almaniya bölgəmizdə daimi sülhün, ardıcıl inkişaf proseslərinin olmasında müəyyən qədər maraqlıdır və bunun üçün imkanlarını ortaya qoymağa başlayıb. Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir. Bir sözlə, Almaniya mövqeyində neytrallıq nümayiş etdirir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.  Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edib. Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar və 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. Bu isə “ikili standartlar” siyasətinin təzahürüdür. Son dövrlər bəzi dövlətlər ermənipərəstlikləri ilə açıq-aşkar ikili siyasət yeritsə də, onlardan fərqli olaraq baş verənlərə Almaniya neytrallıq nümayiş etdirir. Azərbaycana qarşı qərəzli mövqe tutanlar da bilir ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Anti-Azərbaycan siyasətinin bir hissəsi.

Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınıb. Ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilir.  Regionda həm iqtisadi inkişafına, həm də dünya dövlətləri arasında nüfuzuna görə lider olan Azərbaycanla birgə layihələr həyata keçirməyə maraqlı olan dövlətlər yaxşı bilirlər ki, dövlətimiz gündən günə güclənir. Almaniyanın Cənubi Qafqazdakı yeni tarixi reallıqlara neytral yanaşmasına rəğmən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarın Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü tərəfindən verilməsini isə anlamaq çətindir. Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə, həm də məqsədyönlü şəkildə edir.

Qərb dairələri Azərbaycanın Cənubi Qafqazın lideri olmasını heç cür həzm edə bilmirlər. Məhz Azərbaycanın siyasi iradəsi, qətiyyəti, hərbi gücü sayəsində bu regionda real sülh şəraitinin yetişməsi ilə barışa bilmirlər.  Qərbin Cənubi Qafqazla bağlı başqa planları var idi və onlar bu bölgədə daim müharibə, münaqişə olmasında maraqlı idilər.

Bu gün Qərbin Azərbaycana münasibətdə sərgilədiyi davranışlar vaxtilə guya münaqişənin həllinə təşəbbüs göstərən dövlətlərin, əslində, ölkəmizə qarşı nə qədər qeyri-obyektiv mövqe tutduqlarını, illərlə onlara göstərilmiş ümidlərin hədər getdiyini, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbdən başqa yolunun qalmadığını bir daha sübuta yetirir. Vaxtilə ATƏT-in Minsk qrupunda təmsil olunmuş Fransa, ABŞ və Rusiya Azərbaycanı öz yolundan döndərmək üçün illərlə müxtəlif alətlərdən istifadə etmişdilər. Sadə bir səbəbə görə ki, onlar Azərbaycanın öz torpaqlarını azad etməsini istəmirdilər. Rusiya artıq reallığı qəbul etsə də, ABŞ və Fransa hələ də inad edir. Halbuki bu ölkələr Cənubi Qafqazın aparıcı ölkəsi, ən böyük iqtisadiyyatına, ordusuna malik, geniş beynəlxalq əlaqələri olan Azərbaycanla işləmək yolunu tutmalıdırlar.

AŞPA hazırda Fransanın və erməni lobbisinin əlində oyuncağa çevrilmiş bir qurumdur. Bu qurum uzun illər Ermənistanın təcavüzkar siyasətinə qarşı susmasına baxmayaraq, son bir neçə ayda aktiv şəkildə “ikili standart” siyasəti həyata keçirirlər.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Münasibətlərin müsbət inkişaf dinamikası.

Azərbaycan-Almaniya ikitərəfli münasibətlərində iqtisadi sahə həmişə mühüm əhəmiyyət daşıyıb.  Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri və fevralın 28-də Prezident cənab İlham Əliyevlə görüşü də bunun bariz nümunəsi idi. Prezident cənab İlham Əliyev həmin görüşündə bir sıra mühüm məsələlərə toxundu və ciddi mesajlar verdi.

Son dövrlər bəzi dövlətlər ermənipərəstlikləri ilə açıq-aşkar ikili siyasət yeritsə də, onlardan fərqli olaraq baş verənlərə Almaniya neytrallıq nümayiş etdirir. Konkretləşdirsək, Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.

Azərbaycana qarşı qərəzli mövqe tutanlar da bilir ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Acı reallıqdır ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.

Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Anti-Azərbaycan qüvvələr unudurlar ki, Azərbaycan müharibəyə maraqlı deyil. Rəsmi kürsülərdən dəfələrlə elan olunub ki, biz sülh tərəfdarıyıq.

Əleyhimizə aparılan təbliğatlar anti-Azərbaycan siyasətinin bir hissəsidir.

İkili siyasət aparanlar unudurlar ki, Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir.

Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Dünyanın aparıcı dövlətləri ikili siyasətdən əl çəkib iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki