image-qanunla-reklam
image-4072697

Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır

image-lady-day-az

Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır

2025-ci ilin fevral ayının 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Dövlət başçımız bildirib ki, Somali Prezidenti Hasan Şeyx Mahmudla iki ölkə arasındakı sərmayə imkanlarını müzakirə ediblər.

Səfər çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasında ikitərəfli əlaqələri çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Müzakirə edilən sahələr sırasında, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlər var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək. Həmçinin Somalidə sərmayə imkanlarını müzakirə edilmişdir. Müdafiə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmçinin, İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı zamanı hərbi qulluqçularımız yüksək peşəkarlıq nümayiş etdirmişdir. Ordumuz altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan əraziləri çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək ərazi bütövlüyümüzü və suverenliyimizi qısa müddət ərzində tam bərpa etmişdir.

Zərdab rayon Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru- Sabir Əhmədov

 

 

Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir.

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər. Müsəlman ölkəsi olan Somali İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir. Vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Bundan əlavə, Somali, həmçinin iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür. Hər iki dövlət başçısı mətbuata bəyanatla çıxış ediblər. İmzalanan sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir.

Zərdab rayon Qoruqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Əliheydər Abbasov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki