Azərbaycan–Latviya münasibətləri: möhkəm təməl üzərində inkişaf edən əməkdaşlıq
Beynəlxalq münasibətlərdə ölkələr arasında etimad və sabit əlaqələrin formalaşması uzunmüddətli əməkdaşlığın əsas şərtlərindən biridir. Bu baxımdan Azərbaycan və Latviya arasında qurulan münasibətlər nümunəvi xarakter daşıyır. Prezident cənab İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçsin 2026-cı il aprelin 22-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda səsləndirdiyi “Bir daha söyləmək istərdim ki, ölkələrimiz arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır” fikri bu əməkdaşlığın mahiyyətini aydın şəkildə ifadə edir. Azərbaycan və Latviya arasında münasibətlərin əsasını qarşılıqlı hörmət, suverenliyə və beynəlxalq hüquqa ehtiram təşkil edir. Bu prinsiplər iki ölkə arasında siyasi dialoqun davamlı olmasına və əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsinə imkan yaradır.
Son illərdə Azərbaycan–Latviya əlaqələri yalnız diplomatik səviyyədə deyil, həm də iqtisadi, humanitar və mədəni sahələrdə inkişaf edib. Tərəflər arasında aparılan mütəmadi görüşlər və səfərlər münasibətlərin daha da dərinləşməsinə şərait yaradır. Bu isə möhkəm çərçivəyə əsaslanan əməkdaşlığın real nəticələr verdiyini göstərir.
İqtisadi sahədə ticarət əlaqələrinin genişləndirilməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi prioritet istiqamətlərdən biridir. Eyni zamanda nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanları da gündəmdədir. Bu sahələrdə atılan addımlar iki ölkə arasında əlaqələrin daha praktik və nəticəyönümlü olmasına xidmət edir.
Siyasi dialoq baxımından da Azərbaycan və Latviya arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir və birgə mövqelər nümayiş etdirirlər. Bu da münasibətlərin dayanıqlı və etibarlı xarakter daşıdığını göstərir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, möhkəm çərçivəyə əsaslanan münasibətlər gələcək əməkdaşlıq üçün sağlam zəmin yaradır. Bu çərçivə üzərində qurulan əlaqələr həm indiki, həm də gələcək nəsillər üçün faydalı nəticələr vəd edir.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Aliyə Rüstəmova





















