Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması ilə bağlı qərar rəsmən təsdiqlənib.
Qanunla.Az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.
Qərar Avropa Birliyi-Ermənistan tərəfdaşlığı çərçivəsində qəbul edilib.
Rəsmi İrəvana dəstək üçün ayrılan yardımın məqsədi Ermənistan ordusunun maddi-texniki imkanlarını artırmaqdır.
Qeyd edək ki, bu, Avropa Sülh Fondundan Ermənistana ayrılan ilk rəsmi hərbi yardımdır.