image-qanunla-reklam
image-bank1

Zərərlə fəaliyyət göstərən 4 bank bağlana bilər? – Rəsmi

image-lady-day-az

2021-ci ilin altı ayın yekunlarında Azərbaycanda 22 bank 372 milyon manat mənfəət əldə edib, 4 bank isə 6,5 milyon manat zərər edib.

Qanunla.Az  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev zərərlə çalışan bankların maliyyə vəziyyətindən danışarkən deyib.

O bildirib ki, dörd bankdan üçündə zərərin formalaşması əməliyyat zərəri ilə bağlı, bir bankda isə kredit portfeli üzrə ehtiyatların yaranması ilə bağlı olub:

“Altı ayda zərərlə fəaliyyət göstərən bankların kapital mövqeyi və adekvatlığı üzləşdikləri risklərin absorbsiyası üçün yetərlidir. Onların maliyyə dayanıqlığı üçün hər hansı bir təhlükə yaratmır. Sadəcə olaraq banklar özlərinin fəaliyyətində pandemiya ilə əlaqədar kredit portfelinin keyfiyyəti, eyni zamanda fəaliyyətin optimizasiya ilə bağlı tədbirlər həyata keçiriliblər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki