image-qanunla-reklam
image-erdogan-texnofest

Türkiyənin ilk kosmonavtları: biri Azərbaycan əsillidir

image-lady-day-az

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında Türkiyənin ilk kosmonavtlarının adlarını açıqlayıb, onlardan biri Azərbaycan əsillidir.

Qanunla.Az xəbər verir ki, o, türkiyəli səyahətçilərin kosmosa uçuşunun 2023-cü ilin son rübünə planlaşdırıldığını söyləyib.

Ərdoğan bildirib ki, kosmosa səyahət edəcək şəxslərlə tanış olmağın vaxtıdır:

“Alpər Gezeravcı Hərbi Hava Qüvvələrində böyük uğurlar qazanmış qəhrəman türk pilotudur. O, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq. Əvəzedici adı Tuva Cahangir Atasəvərdir”.

Xatırladaq ki, Tuva Cahangir Atasəvər Azərbaycan əsillidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki