image-qanunla-reklam
image-tebib12

TƏBİB-ə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq icazəsi verildi

image-lady-day-az

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək.

Qanunla.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin TƏBİB-in nizamnaməsinin təsdiq edilməsi barədə imzaladığı fərmanda bildirilib.

TƏBİB ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. TƏBİB bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

TƏBİB öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki