image-qanunla-reklam
image-1673028630_4228973

“Taxıl dəhlizi” sayəsində buğdanın qiyməti enib

image-lady-day-az

Taxıl sövdələşməsinin reallaşması nəticəsində buğdanın orta qiyməti bir ton üçün 440 dollardan 320 dollara enib.

“Qanunla.az” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı naziri Vahit Kirişçi bildirib.

Yanvarın 5-dək taxıl dəhlizi vasitəsilə 626 gəmi ilə 16,8 milyon ton kənd təsərrüfatı məhsulları, o cümlədən taxıl ixrac edilib. Əgər Ukraynada müharibə başlayan ilk vaxtlarda bir ton buğdanın qiyməti 440 dollar idisə, hazırda 320 dollar civarındadır.

Nazir bildirib ki, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının 54 faizi Avropa, 28 faizi Asiya, 12 faizi Afrika, 6 faizi isə Yaxın Şərq ölkələrinə çatdırılıb.

Ukraynadan taxıl ixracına dair müqavilə ötən il iyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən 120 gün müddətinə imzalanıb. Tərəflərin etiraz etmədiyi üçün noyabrın 17-də daha 120 gün uzadılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki