image-qanunla-reklam
image-ankara

Şuşa Bəyannaməsinin ardınca sürətli səfərlər: TŞ aktivləşir

image-lady-day-az

Bu ilin noyabr ayında Türk Şurasının İstanbulda keçiriləcək 8-ci Zirvə görüşünə Türkmənistan prezidenti də şəxsən qatılacaq. Zirvə görüşünə ciddi hazırlıq gedir.

Qanunla.Az xəbər verir ki, iyun ayının 15-də Türkiyə və Azərbaycan prezidentlərinin Şuşa Bəyannaməsini imzalamasından sonra türk dünyasında diplomatik aktivlik müşahidə olunur. Belə ki, 16 iyunda Türk Şurasının Baş katibi Bağdad Amreyev Şuşa Bəyannaməsi haqqında rəsmi şəkildə bəyanat yaydı. 20 iyunda Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdinin Bakıya, 28 iyunda Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarovanın Macarıstana, 30 iyunda Bağdad Amreyevin Türkmənistana, 30 iyunda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın Qırğızıstana səfəri baş tutub.

Bugün isə Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Bakıya gəlib.

Sadalanan səfərlər fonunda İstanbuldakı Zirvə görüşündə türk dünyasının gələcəyinə təsir edəcək 4 önəmli qərarın qəbulunu ehtimal etmək mümkündür:

– Şuşa Bəyannaməsinin genişləndirilmiş şəkildə Türk Şurasının ümumi sənədi kimi qəbulu;

– Macarıstanın təşkilatın tamhüquqlu üzvü olması;

– Türkmənistanın xüsusi bir statusla təşkilata üzvlüyü;

– Türkiyədən başqa digər türk dövlətlərinin də Şuşada konsulluq açması…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki