image-qanunla-reklam
image-sulhmeramli-qarabag

Sülhməramlıların yanından Şuşa necə atəşə tutulur?

image-lady-day-az

Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizin intensiv atəşə tutulması qəbuledilməz bir hadisədir. Şuşa bizim qırmızı xəttimizdir. Ermənilər isə artıq bu xətti çoxdan keçib.

Bu sözləri Qanunla.Az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, erməni təxibatının qarşısı Azərbaycan Ordusunun sayıqlığı və görülən tədbirlər nəticəsində alınıb:

“Rusiya sülhməramlıları isə yenə hadisədən sanki xəbərsizmiş kimi susur. Ümumiyyətlə, hadisə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş verir. Onu da deyim ki, bu, ilk belə hal deyil. Qanunsuz erməni silahlı dəstələri Qarabağda hələ də fəaliyyət göstərir və göz görə-görə Rusiya sülhməramlıları buna şərait yaradır.

Real yanaşmaq lazımdır. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən Şuşa istiqamətində yerləşən bölmələrimizə atəş açılır. Bu atəşi açanlar da yenə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində məskunlaşan qanunsuz erməni silahlı dəstələridir. Bu bir daha ondan xəbər verir ki, Rusiya sülhməramlıları 10 noyabr bəyanatının tələblərinə riayət etmir.

Əvvəla, ona görə ki, 10 noyabr bəyanatına görə, Qarabağda heç bir qanunsuz silahlı dəstə fəaliyyət göstərə bilməz. Bu istiqamətdə Rusiya sülhməramlılarının gətirəcəyi heç bir bəhanə məqbul sayıla bilməz. Xankəndi və ətrafı elə də böyük bir ərazi deyil ki, sülhməramlılar buradakı qanunsuz silahlı birləşmələri zərərsizləşdirə bilməsin.

Digər tərəfdən, erməni silahlı dəstələrinin açdığı atəş mədəniyyət paytaxtımız olan Şuşadır. Həmin Şuşa ki, ölkə başçısı daxil olmaqla, yerli və xarici dövlət rəsmiləri, mədəniyyət nümayəndələri, media mənsubları vaxtaşırı səfər edir. Qanunsuz erməni silahlı bölmələrinin bu və bu kimi bütün əməllərinin cavabdehliyini Rusiya sülhməramlıları daşıyır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki