image-qanunla-reklam
image-bankof

Şirkətlər bu il “Bank of Baku”dan 9 mln. manatdan çox depoziti geri çəkdi

image-lady-day-az

“Bank of Baku” ASC 2023-cü ilin I rübündə 9,5 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,5% azdır. Bank 2022-ci ilin ilk rübündə isə 9,9 milyon manat xalis zərər açıqlamışdı.

Qanunla.az bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 41% artaraq 29,7 mln. manat təşkil edib. Bankın faiz xərcləri 2 dəfə artaraq 8,7 milyon manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 20,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24,6% çoxdur. Bankın qeyri-faiz gəliri 30,3% azalaraq 2,2 mln. manat, qeyri-faiz xərcləri isə 22% artaraq 15,1 mln. manat təşkil edib. Bu dövrdə Bankın əməliyyat mənfəəti 7,9 milyon manata (6% çox) bərabər olub.

1 aprel 2022-ci il tarixinə bankın cəmi aktivləri 5% artaraq 736,1 milyon manata yüksəlib, o cümlədən kredit portfeli 1% artaraq 583,6 milyon manata çatıb. “Bank of Baku”nun öhdəlikləri isə 4,4% artaraq 603,7 milyon manata bərabər olub, o cümlədən depozit portfeli 7% artaraq 391,3 milyon manata yüksəlib. Bununla belə, son üç ayda şirkətlər bankdakı əmanətlərini 26,4% və ya 9,4 milyon manat azalaraq 26,1 milyon manata endiriblər.

Bu ilin birinci rübündə bank cəmi kapitalını 7,8% milyon manat artıraraq 132,5 milyon manata çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki