image-qanunla-reklam
image-1649838502_630_360_1647797444-138

Rusiya mayın 9-da Mariupolda parad keçirməyi planlaşdırır

image-lady-day-az

Ruslar “xüsusi əməliyyat” uğurla nəticələnərsə, mayın 9-da Mariupolda parad keçirməyi planlaşdırırlar.

Qanunla.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat yayıb.

“Bizdə olan məlumata görə, İvaşenkoya (“özünü Mariupolun “meri” elan edən – red.) mayın 9-da paradı təmin etmək üçün şəhərin Mərkəzi rayonunun bir hissəsini dağıntılardan və ölənlərin cəsədlərindən təmizləmək tapşırılıb. Bütün məlumatlar toplusuna əsasən, işğalçılar “xüsusi əməliyyatın” uğur qazanacağı təqdirdə mayın 9-da Mariupolda “qələbə karnavalı” keçirməyi planlaşdırırlar”, – Andryuşşenko yazıb.

Onun sözlərinə görə, şəhərdə belə tədbirləri keçirəcək nə texniki işçi var, nə də adam:

“Buna görə də, belə bir sifarişin potensial uğursuzluğu, əlbəttə ki, Gauleiter İvaşenkonun etibarlılığının azalmasına səbəb olur”, – mer müşaviri əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki