image-qanunla-reklam
image-romao-julio

“Qarabağ” “Braqa”nı səfərdə məğlub etdi

image-lady-day-az

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Braqa” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Qanunla.Az xəbər verir ki, komandalar meydan aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Braqa”: 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo

Baş məşqçi: Artur Jorje

“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

***

“Braqa” – “Qarabağ” matçı start götürdü.

***

“Qarabağ” matçın 20-ci dəqiqəsində Marko Yankoviçin penaltidən vurduğu qolla hesabı açdı: 1-0.

***

Banza matçın 44-cü dəqiqəsində “Braqa”nın bərabərlik qolunu vurdu: 1-1.

***

Zubir görüşün 54-cü dəqiqəsində “Qarabağ”ı hesabda yenidən önə keçirdi: 1-2.

***

Juninyo 67-ci dəqiqədə “Qarabağ”ın üçüncü qolunu vurdu: 1-3.

***

Zubir 69-cu dəqiqədə dördüncü qolu “Braqa”nın qapısından keçirdi: 1-4.

***

“Braqa” matçın 91-ci dəqiqəsində penaltidən fərqi azaltdı: 2-4.

***

“Qarabağ” “Braqa”nı 4-2 hesabı ilə məğlub etdi. Bu nəticə ilə cavab matçı öncəsi böyük üstünlük qazandı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki