image-qanunla-reklam
image-1711519624-16843271856464cb111b1ac2-86415725

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

image-lady-day-az

Aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Brüsseldə üçtərəfli görüş keçiriləcək. 

Qanunla.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, baş tutacaq görüşü belə şərh edib: “Mən bu barədə ətraflı danışmayacağam, ancaq demək istəyirəm ki, Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir qarşılıqlı əlaqədə məqsədimiz onları fikir ayrılıqlarını aradan qaldırmaq və güclü və davamlı sülh sazişi əldə etmək üçün işləməyə təşviq etməkdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki