image-qanunla-reklam
image-vilayet-quliyev

Nikolun açılışda çıxışı və Bayrağımızın yandırılması…

image-lady-day-az

İrəvanda keçirilən ağır atletika üzrə çempionatının açılış mərasimində görünür, əvvəlcədən hazırlanmış ssenari üzrə Azərbaycan bayrağının yandırılması aktı həyata keçirilib. Onlar dünyanın “ən qədim” xalqı və ən barbar məxluqları olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi.

QANUNLA.AZ  xəbər verir ki, bu sözləri professor, Azərbaycanın Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının səhnədən qapılaraq, yandırılması insidentinə reaksiyasında deyib.

“İstənilən milli atributun təhqir edilməsinə qarşıyam. Yalnız haqq işi uğrunda vuruşan qalib əsgər bu baxımdan beynəlxalq praktikada qəbul olunmuş müstəsna hüquqa malikdir. O, məğlub etdiyi şər qüvvənin bayrağını flaqştokdan endirə, ayaqlar altına ata, murdar əski kimi tarixin zibilliyinə tullaya bilər. Oğru pişik kimi haradansa atılıb bayrağımızı təhqir etmək istəyən “qədimilər” gərək birdəfəlik yadda saxlasınlar ki, bundan sonra əsgərimizin erməni barbarlığına cavabı həmişə və hər yerdə belə olacaq!

Davaçan (satqın) ləqəbli Paşinyan İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində lovğalıqla bəyan etdi ki, “bu çempionat xalqımızın taleyin və tarixin ağırlıqlarını qaldırmağa qadir olmasının simvoludur”. Amma yarım saat keçmədi ki, erməni xalqı və tarixi Azərbaycan bayraqının əzəməti və ağırlığı altında miskincəsinə çökdü”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki