image-qanunla-reklam
image-prezident-musahibe1

Neft və qaz üçün bazarları axtarmalı deyilik – Prezident

image-lady-day-az

Azərbaycanda neft və qazın ÜDM-də həcmi əhəmiyyətli dərəcədə azaldılıb. Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır. Beləliklə, Azərbaycan iqtisadiyyatının strukturu daha çox balanslaşdırılmış oldu.

Qanunla.Az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Brüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib ki, ixraca gəldikdə, onun 90 faizindən çoxunu neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi təşkil edir. “Ölkə üçün bu üstünlükdür, çünki biz bazarlara daxil ola bildik, biz neft, təbii qaz, elektrik enerjisi, neft-kimya və neft məhsulları ixrac edirik və bunlar da iqtisadiyyatımıza çoxlu maliyyə axını gətirir. Qazı nə qədər çox ixrac etsək, – çünki qazın həcminin artması açıq-aşkardır, – qeyri-neft məhsullarının ixrac əməliyyatlarında payı bir o qədər də azalır. Neft və qaz üçün biz bazarları axtarmalı deyilik. Neft dünya bazarındadır, qazın artıq bazarı var”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Bu il qeyri-enerji layihələrinin ixracının 45 faiz artmasını əlamətdar nəticə hesab edən Azərbaycan Prezidenti deyib: “Yenə də ixracın həcmində qeyri-neft seqmentinin nisbəti aşağıdır. Lakin hesab edirəm ki, bu seqment artacaq, xüsusilə azad edilmiş ərazilərdə yeni imkanları və kənd təsərrüfatının, turizmin, bərpa olunan enerjinin və sənayenin nəhəng potensialını nəzərə alsaq. Beləliklə, biz gələcəkdə neft və qazdan asılılığı azaltmağı planlaşdırırıq. Lakin eyni zamanda, biz başa düşməliyik ki, gələcək bir neçə onilliklər ərzində neft və qaz bizim iqtisadiyyatımızda vacib rol oynayacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki