image-qanunla-reklam
image-1646818649_1426482169_mothercare

Mothercare də Rusiyada işini dayandırdı

image-lady-day-az

Uşaqlar üçün məhsulların istehsalı üzrə ixtisaslaşan Mothercare Rusiyada işini dayandırıb.

“Qanunla.az”  xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Mothercare bütün məhsulların daşınması da daxil olmaqla, Rusiyadakı bütün fəaliyyətlərin dayandırıldığını elan edir. Yerli tərəfdaşımız təxminən 120 mağazada və internetdə işləri dərhal dayandıracağını təsdiqləyib”, – məlumatda bildirilib.

Qeyd edək ki, “Mothercare” valideynlər və kiçik uşaqlar üçün məhsullar üzrə ixtisaslaşmış Britaniya şirkətidir. Şirkətin 40-dan çox ölkədə 800-dən çox mağazası var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki