image-qanunla-reklam
image-ermenistanla-serhed

MN açıqlama yaydı, Ermənistan sözünü dəyişdi

image-lady-day-az

Ermənistan Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında ötən gün gecə saatlarında guya Azərbaycan PUA-larını vurmaları barədə yaydığı xəbəri Azərbaycan Müdafiə Nazirliyi dərhal, 02:22-də təkzib etməsindən sonra İrəvan “düzəliş” etmək məcburiyyətində qalıb.

Qanunla.Az  xəbər verir ki, Azərbaycan ordusuna məxsus PUA-nın Ermənistan MN Geqarkunik istiqamətində “sərhədi keçməyə cəhd etdiyini” iddia edib. Bildirilib ki, Ermənistan HHM qüvvələri bu faktı “qeydə alıb”. Ancaq PUA-nın sərhədi keçməsi və yaxud vurulması barədə heç bir məlumat yoxdur.

Xatırladaq ki, gecə saatlarında rəsmi sosial şəbəkə hesabında Basarkeçər səmasında Azərbaycan Ordusunun iki PUA-sını vurduğu barədə məlumat yaymışdı. Bu, Ermənistan MN-in əsl mahiyyətidir və nəinki Azərbaycan, erməni cəmiyyətinə də bu yalanlar yaxşı məlumdur. Ermənistan MN 44 günlük savaş zamanı da bu cür yalanlar uydururdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki