“Baku CMS Media” MMC-nin barəsində daha bir cərimə protokolu yazılıb.
Qanunla.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmə iclası iyulun 21-nə təyin edilib.