image-qanunla-reklam
image-1626856919_16267701971593340691_1000x669

“Mediamız informasiya müharibəsində düşməni yerlə yeksan edib”

image-lady-day-az

Bəhruz Məhərrəmov: “Mətbuatımız bütün sınaqlardan, o cümlədən Vətən müharibəsi sınağından üzüağ çıxıb”

Sabah 22 iyul Milli Mətbuat Günüdür.

Maraqlıdır, Azərbaycan mediasının Vətən müharibəsi dönəmindəki fəaliyyəti nə dərəcədə qənaətbəxş oldu? Mediamız bu sınaqdan, informasiya cəbhəsindəki mübarizədən layiqincə çıxa bildimi?

Moderator.az-a açıqlama verən millət vəkili Bəhruz Məhərrəmov medianın fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı:

“Azərbaycan mediası yarandığı gündən etibarən tarixin bütün dövrlərində, istər ilkin dövr, istər ötən əsrin əvvəllərindəki siyasi bum dövrü, daha sonra Azərbaycan Xalq Cümhuriyyəti periodu və Sovet epoxası, habelə, müstəqilliyin ilk illəri və istərsə də çağdaş zamanda sınaqlardan üzüağ çıxıb. Tariximizin ən şərəfli səhifələrindən biri olan Vətən müharibəsi dövrü də həmçinin…

İnternetin məhdudlaşdırıldığı bir dönəmdə əgər vətəndaş informasiya qıtlığı yaşamadısa, habelə, informasiya müharibəsində güclü erməni cəbhəsi yerlə yeksan edildisə, heç şübhəsiz bu məsələdə planlı dövlət strategiyası ilə yanaşı, medianın peşəkarlığının özünəməxsus rolu var.

Bilirsiniz ki, münaqişə başa çatsa da, Ermənistanın hərbi cinayətlərinə son qoyulmayıb və hələ də ərazilərimizdə mina təhlükəsi davam edir. Azərbaycan media mənsubları həyatlarını təhlükəyə ataraq belə bir şəraitdə keçmiş işğal zonasında erməni vəhşiliyinin, vandalizminin ifşa olunmasında, dünyaya nümayiş etdirilməsində müstəsna rol oynamaqdadır. Hətta, Allah rəhmət eləsin, iki ay öncə iki media mənsubumuz bu amal uğrunda şəhid oldu. Bu mənada Azərbaycan jurnalistlərinin müharibə və post müharibə fəaliyyətini çox yüksək qiymətləndirir, fədakar əməyinə görə hər bir media mənsubumuza təşəkkür edir, onların peşə bayramını təbrik edirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki