image-qanunla-reklam
image-599c166d-d9e5-3b94-85a3-399b5a5653e3_850

Maliyyə Nazirliyi BSTDB-nin əlavə kapitallaşmasında iştiraka dair mövqeyini açıqlayıb

image-lady-day-az

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Azərbaycana Bankın əlavə kapitallaşmasında iştirak etməyi təklif edib.

Məlumata görə, oktyabrın 1-də BSTDB-nin Rəhbərlər Şurasının növbədənkənar toplantısında Bankın abunə kapitalının artırılmasına dair qərar qəbul edilib. Qərar səs çoxluğu, xüsusilə də Bankın ən iri səhmdarları olan Türkiyə, Rusiya və Yunanıstanın dəstəyi ilə qəbul olunub. Səsvermə zamanı bəzi daha az səhmə və müvafiq olaraq səsə malik səhmdarlar (o cümlədən Azərbaycan) bitərəf qalıb.

Qəbul edilmiş qərara əsasən Bankın abunə kapitalı 816 milyon avro artırılaraq, 2,3 milyard avrodan 3,1 milyard avroya qaldırılır və hər bir üzv ölkəyə BSTDB-nin kapital artımında bu gün Bankın kapitalında mövcud payının xüsusi çəkisinə mütənasib şəkildə iştirak etmək təklif edilir. Bu artımın ödənilən hissəsi 245 milyon avro təşkil edir. Ödənişi üzv ölkələr 8 il ərzində (2023-2030-cu illər) bərabər hissələrlə həyata keçirməlidir. Bankın yeni səhmlərinə abunə yazılışı ilə bağlı hər bir üzv ölkə 12 ay ərzində Banka qərarını bildirməlidir.

BSTDB Azərbaycana hazırda Bankın səhm kapitalında sahib olduğumuz paya mütənasib, yəni artırılan kapitalın %-i təklif olunur. Bu halda ölkəmizin 12,31 milyon avro məbləğində vəsaiti il ərzində bərabər hissələrlə (ildə 1,539 milyon avro) ödəməsi gözlənilir.

Göstərilən müddət ərzində məsələyə dair ölkə qanunvericiliyinə uyğun şəkildə müvafiq müzakirələr aparılacaq və yekun qərar Banka bildiriləcək.

Hazırda BSTDB-nin elan olunmuş kapitalı 3,45 milyard avro, abunə olunmuş kapitalı 2,289 milyard avro, ödənilmiş kapitalı isə 0,687 milyard avrodur.

BSTDB – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatda pay bölgüsü belədir: Türkiyə, Rusiya və Yunanıstan – hərəyə 16,5 %, Rumıniya – 14 %, Ukrayna və Bolqarıstan – hər biri 13,5 %, Azərbaycan – %, Albaniya – %, Ermənistan – 1 %, Gürcüstan və Moldova – hər biri 0,5 %. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti və əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.

Bankın Azərbaycanda 37 layihə üzrə portfeli 482 milyon avro təşkil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki