image-qanunla-reklam
image-qazaxistan-aksiya

KTMT Qazaxıstanda daha çox qalsaydı… – Zahid Oruc

image-lady-day-az

KTMT sülhməramlılarının Qazaxıstana daxil olması bir neçə istiqamətdə çox güclü reaksiyalara səbəb oldu. Ölkədə maraqları olan beynəlxalq dairələr, xüsusilə Qərb dövlətləri, NATO-nun təmsilçiləri münasibət bildirdilər. KTMT-də Rusiyanın dominant mövqedə olması beynəlxalq siyasi dairələrdə həmin təşkilatın “Rusiya NATO-su” adlandırılmasına səbəb olur və bu da birmənalı qarşılanmır. Digər tərəfdən ölkə daxilində dinc aksiyalarda maraqlı olan və çox ciddi siyasi arqumentlərə malik olan qüvvələr, qruplar KTMT-nin, yəni xarici hərbi qrupların gəlişini Qazaxıstana növbəti təcavüz aktı, işğal hadisəsi kimi qəbul etməyə başlamışdılar. Bu baxımdan belə bir qərarın veriləcəyi gözlənilən idi.

 

Bu sözləri Qanunla.az-a deputat Zahid Oruc Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin KTMT qüvvələrinin iki gün sonra çıxarılmasına başlanılacağı barədə açıqlamasını şərh edərkən deyib.

 

Z.Oruc bildirib ki, bu, KTMT-nin ölkə daxilində baş verəm hadisələr fonunda ilk genişmiqyaslı əməliyyatı idi:

 

“Qazaxıstan Prezidenti terror və ekstremist qruplarının ölkədə kütləvi dağıntılar və iğtişaş yaratdığını bildirdi. Burda, konkret olaraq, hansısa dövlət günahlandırılmırdı. Amma məlum müraciətdə xarici təcavüz amili ifadəsi işlədildi. Hazırda vəziyyət müəyyən qədər sabitləşsə də, gərginlik ocaqları müxtəlif istiqamətlərdə davamlı şəkildə qalmaqdadır. Bütün bu hadisələr ölkənin siyasi-ictimai həyatında, dövlət-vətəndaş münasibətlərində, xüsusilə də Qazaxıstan dövlətçiliyinin təhlükəsizliyində ən ağır sınaq kimi xaraktertizə olunur. Qazaxıstan çağırış qarşısındadır. Hətta olanları Qazaxıstanın müstəqilliyinin, real-siyasi varlığının təhdidi kimi qiymətləndirsək, region bütövlükdə geosiyasi, xarici hərbi qüvvələr arasında toqquşma meydanına çevrilsə, bu halda problemlərin miqyası dərinləşə bilər. Buna qətiyyən yol verilməməlidir.

 

Qazaxıstan ötən onillər ərzində regionda uğurlu moderator rolunda çıxış edib. Həm Çin, həm qardaş Türkiyə və türk dövlətləri, Rusiya, eləcə də Qərblə müxtəlif formatlarda uğurlu əməkdaşlıq müstəviləri yaradıb. Qazaxıstanın iqtisadi-siyasi çəkisi regionda yalnız onun coğrafi böyüklüyü ilə müəyyənləşmir. Qazaxıstan bir tərəfdən qazax xalqının milli təfəkkürünün güclənməsi və formalaşması, digər tərəfdən müxtəlif qitələr, siyasi bloklar arasında uğurlu balans saxlayır. Əgər Qazaxıstan tamamilə o statusu itirəcəksə, bu, avtomatik olaraq vətəndaşlar arasındakı münasibətlərə, ölkənin ictimai-siyasi həyatına təsir edəcək”.

 

Deputat qeyd edib ki, KTMT-nin ölkədən çıxması haqda qərar onun sülhməramlı mahiyyətini qorumaq məqsədi daşıyır:

 

“Əks halda KTMT əhalinin gözündə hədəfə çevrilər. Bəllidir ki, dinc xarakterdə baş qaldıran ümumxalq etirazlar sonrakı mərhələdə ən müxtəlif dairələr tərəfindən fərqli məqsədlər üçün istifadə edildi. Bu, dünyada geniş yayılmış tendensiyadır. Harada zəif bəndlər və boşluq görünsə, müxtəlif dairələr öz hərbi, siyasi-iqtisadi maraqlarını ora daşıyacaqlar. KTMT öz birliyində, gələcəkdə inkişafında maraqlıdırsa, mütləq bu məsələyə önəm verməlidir. Qazaxıstan xalqının bu məsələ əsnasında verdiyi qərar çox önəmlidir. Çünki KTMT-nin xalqdan hakimiyyətin qorunması üçün bir zirehə çevriləcəyi təqdirdə, onun statusu, mövqeyi dəyişəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki