image-qanunla-reklam
image-1585596241-azedu-az_mikayil_73

İxrac edilən qeyri-neft məhsullarının müxtəlifliyi artıb – Nazir

image-lady-day-az

İxrac edilən qeyri-neft məhsullarının müxtəlifliyi artıb.

“Qanunla.az”ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, 2018-2022-ci illər ərzində sənaye məhsulları ixracının əmtəə nomenklaturası 884-dən 1.204-ə, kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası isə 307-dən 332-yə yüksəlib.

“Bu göstərici qeyri-neft-qaz sahəsində ixrac edilən məhsulların müxtəlifliyinin artmasını və ixrac potensialının genişləndirilməsini ifadə edir”, – M.Cabbarov yazıb.

Qeyd edək ki, 2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft-qaz ixracı həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 mlrd. dollardan 3,05 mlrd. dollara çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki