image-qanunla-reklam
image-qiz-ermeni-esger-900x543

İtkin düşmüş hərbçilərimiz haqda qəribə məlumat yayıldı – DETALLAR

image-lady-day-az

“Əminəm ki, Ermənistan ərazisinə gələn azərbaycanlı hərbçilər itkin düşməyiblər, kəşfiyyat məqsədilə gəliblər”.

Qanunla.az  xəbər verir ki, bu iddia ilə azərbaycanşünas Tatevik Hayrapetyan çıxış edib.

“Xüsusilə bir çox hərbi əsirimizin Bakıda olduğunu nəzərə alsaq deyə bilərik ki, onları asanlıqla buraxmaq olmaz. Bunun belə olacağına ümid edirəm”, – T.Hayrapetyan qeyd edib.

Məlumat üçün bildirək ki, T.Hayrapetyanın “Bakıdakı erməni hərbi əsirlər” dediyi şəxslər müharibədən sonra Azərbaycan ərazilərində terror-təxribat törətmək istəyərkən saxlanılıblar. Onlar hərbi əsir yox, terrorçudurlar.

Qeyd edək ki, erməni teleqram kanalları azərbaycanlı əsgərlərin yerli sakinlərdən çörək alıb yediyini, paltarlarını dəyişdiyini, həmçinin mağazanın qarşısında kart oynadıqlarını yazıblar. Maraqlıdır, kəşfiyyat məqsədi ilə gələn hərbçi yerli əhali arasında bu qədər sərbəst hərəkət edib özünü təhlükəyə atarmı? Bu faktın özü belə ermənilərin itkin düşmüş azərbaycanlı hərbçiləri kəşfiyyatçı kimi qələmə verməklərinin əsassız olduğunu göstərir.

Erməni mediası əvvəlcə Qarakilsədə, daha sonra isə Zəngəzur (Sünik) vilayətinin Bnunis kəndi yaxınlığında “azərbaycanlı əsgər” olduğu bildirilən şəxsin saxlanıldığını yazıb. Paylaşılan videoda onun hərbi formada olmadığı görünəndən sonra isə “əsgərin” paltarını dəyişdiyi versiyası tirajlanıb.

Azərbaycan MN yayılan video ilə bağlı açıqlama verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki