image-qanunla-reklam
image-irevan-yeni

İrəvan: Sülh sazişində Qarabağ bu şərtlə olmayacaq!

image-lady-day-az

Ermənistan hökuməti Azərbaycanla müxtəlif istiqamətlərdə aparılan danışıqların təfərrüatını açıqlayıb.

QANUNLA.AZ xəbər verir ki, bu barədə Ermənistan hökumətinin hesabatında deyilir.

Bildirilir ki, İrəvan-Bakı danışıqlar prosesinin əsas istiqamətləri: sülh və Ermənistan-Azərbaycan münasibətlərinin qurulması haqqında saziş, Qarabağ münaqişəsinin həlli, regionda nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılması, sərhədlərin müəyyən edilməsi və təhlükəsizlik, humanitar məsələlər olub:

“Sülh müqaviləsi üzərində işin və əlaqələrin qurulması üç mərhələdə baş verib. Bu mərhələlərdə Ermənistan və Azərbaycan arasında müşahidələr və təkliflər mübadiləsi aparılıb. Ermənistan müşahidə və təkliflərini fevralın 14-də Azərbaycana çatdırıb. İrəvan üçün məqbul yanaşma ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sazişin imzalanması Qarabağ münaqişəsinin həlli prosesindən Xankəndilə Bakı arasında beynəlxalq müzakirə mexanizminin formalaşacağı məntiqi ilə ayrıla bilər.

Ermənistan-Azərbaycan müqaviləsi kontekstində İrəvan hökuməti üçün 29,8 min kvadrat kilometr ölkə ərazisinin təhlükəsizlik təminatlarının formalaşdırılması, müqavilənin mətni ətrafında yarana biləcək uyğunsuzluqların və mübahisələrin həlli üçün praktiki mexanizmin formalaşdırılması əsasdır.

Ermənistan regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır və bunu ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, “Ermənistan kəsişməsi” layihəsi çərçivəsində mümkün qədər tez həyata keçirməyə hazırdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki