image-qanunla-reklam
image-tehran_iran

İranda hökumət aksiyası: Azərbaycan təhdid olundu

image-lady-day-az

Aprelin 15-də İranda hökumətin təşkil etdiyi “Qüds günü” aksiyaıarında Azərbaycan Respublikasına qarşı plakatlar qaldırılıb.

QANUNLA.AZ  xəbər verir ki, bu barədə İran mediası və Azərbaycanda axtarışda olan İrana sığınmış şəxslərin sosial media kanallarında foto və videolar yayılıb.

Azərbaycan prezidenti əleyhinə yazılan şüarlarla yanaşı “Qüdsə gedən yol Bakıdan keçir” məzmunlu plakatlar qaldırılıb.

Bu, Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi “Qüdsün yolu Kərbəladan keçir” şüarının yeni formasıdır.

Xomeyni İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi.

Qeyd edək ki, İran hökumətinin təşkil etdiyi “Qüds günü” aksiyaları sönük keçib. Aksiyalara SEPAH və ona bağlı yarım hərbi “Bəsic” qüvvələri, onların ailə üzvəri və azyaşlı uşaqları cəlb olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki