image-qanunla-reklam
image-2023-06-07-13-19-18gwiuwnzyu36tgnbxylk3_file

Hansı avtomobillərə və nə qədər utilizasiya haqqı ödənəcək? – Açıqlama

image-lady-day-az
Xəbər verdiyimiz kimi, yaşı 10 ildən artıq olan avtomobillərin utilizasiyası zamanı nəqliyyat vasitələrinin qiymətləndirilməsi məsələsi gündəmə gətirilib.
Bu kateqoriyadan olan avtomobillərin utilizasiyası zamanı vətəndaşa ödəniləcək məbləğ 1500 manatdan başlayacaq. Artıq Azərbaycana idxal olunan köhnə avtomobillərdən alınacaq ilkin utilizasiya rüsumunun məbləği də açıqlanıb.
“Təmiz Şəhər” ASC-nin eksperti Mirzə Laçınov deyib ki, istehsal müddəti 1-3 il olan avtomobillərin üçün utilizasiya haqqı nəzərdə tutulmayıb. Dörd ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Lakin bu rəqəmlər hələ ki, dəqiq deyil. Belə li, bu istiqamətdə müzakirələr davam etdirilir və qiymətlər dəyişə bilər.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında bildirib ki, utilizasiya edilmiş avtomobillər üçün ödəniləcək məbləğlər bazar qiyməti əsasında formalaşmalıdır:
“Burada söhbət “metallom”a çevrilmiş nəqliyyat vasitələrindən gedir. Fikrimcə, utilizasiya proqramı könüllü həyata keçirilməlidir”.
Ekspert deyir ki, utilizasiya proqramına həqiqətən də ehtiyac var. Lakin nəzərə almaq lazımdır ki, bu proqram böyük iqtisadi, sosial layihədir. Onu bir günə tətbiq etmək mümkün deyil. Bunun üçün ilk növbədə utilizasiya sənayemiz olmalı, qanunveri baza təkmilləşdirilməlidir:
“Ölkənin avtomobil parkı çox sürətlə köhnəlib. Bu parkın yenilənməsi mütləqdir. 2015-16-cı illərdə manatın devalvasiyası oldu. Həmin vaxt 19 min manata satılan yeni avtomobilin qiyməti hazırda 34 min manatdır. İndi 19 min manata ancaq köhnə avtomobil almaq mümkündür. Bu səbəbdən avtomobil parkı sürətlə köhnəldi. Nazirlər Kabinetinin yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana idxalına qadağa qoyulması ilə bağlı qərarı da avtomobil parkının yenilənməsi üçün atılan addımlardandır. Növbəti addım isə ölkəyə idxal olunan avtomobillərin “Avro 5” standartlarına cavab verməsi olacaq. Daha sonra utilizasiya proqramı haqqında düşünmək mümkündür”.
E.Cəfərovun sözlərinə görə, köhnə avtomobillərin ölkəyə gətirilməsi məhdudiyyəti ilə bağlı qərardan sonra qiymətlərdə artım müşahidə edilir:
“İkinci əl avtomobil bazarında qiymətlər təxminən beş faiz yüksəlib. Utilizasiya proqramının həyata keçirilməsi yaxınlaşdıqca, ölkədə ikinci əl avtomobillər üçün satılan ehtiyat hissələrinin qiyməti kəskin enəcək. Yay mövsümündən sonra bunu müşahidə edəcəyik. Çünki park yenilənirsə, təbii ki, ikinci əl ehtiyat hissələrinə artıq ehtiyac qalmayacaq. Ölkədə avtomobil qəbiristanlıqlarının sayı və köhnə ehtiyat hissələrinin idxalı azalacaq”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki