image-qanunla-reklam
image-apa-960x487

Füzulinin yeni siması göz oxşayır

image-lady-day-az

Füzulinin yeni siması göz oxşayır

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.  17 oktyabr 2020-ci il tarixində Füzuli şəhəri işğalçılardan azad edilərək 27 illik həsrətinə son qoyuldu. Prezident cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə, eləcə də Füzuliyə səfərləri tarixi hadisələlərlə yadda qalır. Bu səfərlər Füzulinin tezliklə abadlaşmasından xəbər verir. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərimizdə, eləcə də Füzulidə abadlıq-quruculuq işləri böyük vüsət alıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Füzuliyə səfəri çərçivəsində oktyabrın 16-da Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub. Üçüncü yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.

Füzuli şəhərində dövlət başçısı tərəfindən inzibati binanın da təməli qoyulub. İnzibati binanın inşa olunacağı şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb. İnzibati binanın inşası üçün isə 4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

Füzuli indi tamamilə yenidən qurulur

Vətən müharibəsinin 21-ci günü – 2020-ci oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Füzuli bir açar idi və onun işğaldan azad olunması müharibənin sonrakı taleyini həll etdi. Füzuli ən ağır döyüşlərin getdiyi məkan idi. Ermənilərin ən çətin keçilə biləcək səngərləri, dillər əzbəri olmuş “Ohanyan səddi” burada qurulmuşdu, hərbi birləşmələri daha çox bu istiqamətdə yerləşmişdi. Füzulini itirmək Ermənistanın terrorçu hərbi birləşmələrinin belinin qırılması demək idi. Müzəffər Ali Baş Komandanımızın da qeyd etdiyi kimi “Biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq”. Məhz Füzuli bizi möhtəşəm Qələbəyə apardı”. Hər kəs fərqində idi ki, artıq Azərbaycan Ordusunu dayandırmaq mümkün deyil, Silahlı Qüvvələrimiz qələbəyə doğru gedir və 44 günün sonunda Zəfər qazandıq.  Erməni separatçıları uzun illər şəhəri tamamilə viran ediblər, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Şəhərin təbiəti, ağaclar və yaşıllıqlar, su mənbələri, kəhriz və bulaqlar məhv edilib. Lakin Füzuliyə həyat qayıdır. İnşallah bundan sonra gözəl günlər görəcəyik.

Prezident cənab İlham Əliyev 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur. Bu əlamətdar günü füzuli sakinləri və ictimaiyəti cənab Prezidentimiz ilə birgə qeyd etdi. Cənab prezidentin başçılığı ilə Füzulinin ziyalıları, şəhid ailələri, ictimai xadimləri ilə görüş keçirilirdi.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

Erməni vandalizmi

2020 -ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz ərazi bütövlüyümüzü bərpa etdi. İkinci Qarabağ müharibəsində kənd, qəsəbə, şəhər və strateji əhəmiyyətli yüksəkliklərin düşmən tapdağından azad edilməsi ilə Azərbaycan böyük tarixi nailiyyətə imza atdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, ordumuzun qəhrəmanlığı nəticəsində 30 illik işğala son qoyuldu. Bu tarixi zəfərimiz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə həkk olundu. Tarixi Zəfər Azərbaycan Ordusunun əsgər və zabitinin özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olduğunu bir daha təsdiqlədi.

Vandal ermənilər 30 illik işğal altında saxladıqları ərazilərimizdə mədəni irsimizi, tarixi həqiqətləri silməyə cəhd etmişlər. Bu illər ərzində həmin yerlərdə haylar tərəfindən heç bir tikinti yaxud quruculuq işləri həyata keçirilməyib. Çünki düşmən çox yaxşı bilirdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və bu həqiqəti heç nə dəyişə bilməz. Müharibədən dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına başladı. Bölgədə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, şəhərlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə ölkəmizin çiçəklənən diyarına çevriləcəyindən xəbər verir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

Böyük Qayıdış Proqramı qəbul olunub və uğurla icra edilir

44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, ordumuzun qəhrəmanlığı nəticəsində 30 illik işğala son qoyuldu, Silahlı Qüvvələrimiz ərazi bütövlüyümüzü bərpa etdi. 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə həkk olundu. Müharibədən dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı.

Qarabağın “yaşıl enerji” zonası elan edilməsi müasir texnologiyalar əsasında infrastrukturun yaradılması istiqamətində mühüm işlərdəndir. Yaşayış massivlərinin məhz “ağıllı kənd” konsepsiyası əsasında reallaşdırılması yenidənqurma işlərinin modernliyinin göstəricisidir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramının uğurlu icrasına nail olmaq məqsədilə azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin daimi məskunlaşmasının təmin edilməsi, həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühitinin yaradılması əsas tələblərdəndir. Belə ki, təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların daimi məskunlaşması üçün böyük əhəmiyyət kəsb edir. Böyük Qayıdış proqramının uğurlu nəticəsi kimi, Ağalıya, Füzuliyə, Laçına, Talışa əhalinin bir hissəsi artıq geri dönüb. Geri qayıdan ailələr mənzillər, eləcə də iş imkanları ilə təmin edilib.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi

Ötən əsrin 80-ci illərinin sonlarında və 90-cı illərinin əvvəllərində dünyada və xüsusən də regionda geosiyasi vəziyyətin mürəkkəbləşməsi Azərbaycan üçün Qarabağ ətrafında başlanan təlatümlü hadisələrlə, uzun illər ərzində Ermənistanın Vətənimizin bu tarixi ərazisinə olan əsassız iddialarının baş qaldırması ilə müşayiət olunmuşdur. Xarici himayədarlarının dəstəyinə arxalanan və bölgədə yaranmış qarışıqlıqdan istifadə edən Ermənistan illərdir hazırladığı məkrli planlarını həyata keçirmək üçün Azərbaycana qarşı hərbi təcavüz aktını həyata keçirməyə başlamışdır. Respublikamızın ərazi bütövlüyünün pozulması ilə nəticələnən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz torpaqlarının 20 faizini itirmək məcburiyyətində qaldı, 1 milyona yaxın vətəndaşımız doğma yurd-yuvasından didərgin düşdü. Orduda maddi-texniki təchizatın aşağı olmasına, vahid rəhbərliyin olmamasına rəğmən bu savaşda Vətənimizin igid övladları Azərbaycanın suverenliyi naminə son damla qanına kimi vuruşaraq torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmişlər. Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilən, kütləvi qətliam və soyqırımlarla qan yaddaşımıza həkk olunan bu müharibədə ərazilərimizin itirilməsinə xarici təzyiqlərlə bərabər Azərbaycanın ovaxtkı siyasi rəhbərliyinin səriştəsizliyi, ölkəni idarə edə bilmək qabiliyyətində və bacarığında olmaması, yalnız şəxsi mənafeləri güdərək hakimiyyəti öz əlində saxlamağı məqsəd kimi görməsi də şərait yaratmışdır. 1991-1993-cü illər ərzində respublikada cərəyan edən xaos, anarxiya və hökm sürən siyasi böhran ölkəni vətəndaş müharibəsi və yenicə qazanılan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuş, Azərbaycanın milli təhlükəsizliyi ciddi risk altına düşmüşdür.

1993-cü ilin iyun 15-də xalqın təkidli və israrlı tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev özünün uzaqgörənliyi, dərin zəkası, dəmir iradəsi və liderlik keyfiyyəti sayəsində ölkəni bu ağır vəziyyətdən çıxara bildi, dövlətin təhlükəsizliyinə qarşı yönələn xarici və daxili təhdidlərin qarşısını qətiyyətlə almağa və qazanılan müstəqilliyi qoruyub saxlamağa müvəffəq oldu. Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi və iqtisadi islahatları uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyevin uzun illər ərzində məharətlə və yüksək peşəkarlıqla həyata keçirdiyi diplomatik fəaliyyəti boyunca Ermənistanın təcavüzü nəticəsində  torpaqlarımızın bir hissəsinin itirilməsi, vətəndaşlarımızın öz doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün halına salınması, qarşı tərəfin təcavüz və təhdid ritorikasını sürdürməsi barədə bəyanatlar mötəbər təşkilatların kürsüsündən və beynəlxalq əhəmiyyətli tədbirlərdə davamlı olaraq səsləndirilmiş, münaqişənin dinc yolla həllinə nail olunması üçün bütün mümkün siyasi vasitələrdən istifadə edilmişdir.  Lakin ötən 30 ilə yaxın müddətdə Ermənistanın cəbhəboyu təxribatları mütəmadi xarakter almışdı. Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprel, 2020-ci ilin iyul aylarında ordumuza qarşı Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribatların qarşısı qətiyyətlə alınmış, düşmən xeyli sayda itki verməyə məcbur olmuşdur. 2020-ci ilin avqust ayında Ermənistanın diversiya qrupunun təmas xəttini keçərək terror aktları törətmək kimi düşmənin daha bir məkrli planı iflasa uğramışdır. Ermənistan 2020-ci il sentyabr ayının 27-də cəbhə xətti boyunca Azərbaycana qarşı genişmiqyaslı təxribat törətməklə xalqımızın 30 illik səbir kasasını daşırdı. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu dövlətimizin başçısı tərəfindən “Dəmir yumruq” adlanan əks-hücum əməliyyatına – Vətən müharibəsinə başladı. Cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti, qəhrəman oğullarımızın igidliyi və şücaəti sayəsində yenilməz Azərbaycan Ordusu tarixi missiyanı uğurla başa vuraraq düşməni diz çökdürdü və Zəfər qazandı.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki