image-qanunla-reklam
image-331977109_1218532868814159_475270592858064773_n

Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır

image-lady-day-az

Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır.

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının “Covid-19”a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü bir daha onu göstərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə Qoşulmama Hərəkatı dünyanın ən nüfuzlu beynəlxalq təsisatına çevrilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakıda keçirilən Zirvə görüşündə çıxışı zamanı bir sıra vacib məqamlara toxundu. Dövlət başçısı Fransanı qanlı müstəmləkə cinayətlərinə, soyqırım aktlarına görə üzr istəməyə çağırdı. Fransa 44 günlük Vətən müharibəsi boyunca, istərsə də ondan sonrakı dövrdə Azərbaycana qarşı çox qərəzli münasibət nümayiş etdirərək, Ermənistana açıq dəstəyini nümayiş etdirib. Hələ 44 günlük Vətən müharibəsindən öncə də Fransa ATƏT-in Minsk qrupu çərçivəsində tarixə qovuşmuş münaqişəni dondurmağa çalışıb. Rəsmi Paris bu addımı ilə çalışırdı ki, Azərbaycanı Ermənistanın işğalçılıq siyasəti ilə barışdırsın. Amma Azərbaycanın qətiyyətli mövqeyi və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki qələbəmiz və Vətən müharibəsi ərzində Fransa hakimiyyəti tərəfindən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsi də heç bir səmərə vermədi. Hətta Fransa Senatı tərəfindən Azərbaycana qarşı heç bir əsası olmayan qətnamələrin qəbulu da Azərbaycan dövlətinin qətiyyətli mövqeyinə, apardığı siyasi yola kölgə sala bilmədi.

Fransa bu gün də Azərbaycana qarşı çox qərəzli münasibət nümayiş etdirib, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına qarşı çıxaraq, Ermənistana açıq dəstəyini nümayiş etdirirlər. Amma unudurlar ki, tarixin yaddaşı çox itidir. Qanlı soyqırımlar, müstəmləkə siyasəti, bir çox xalqların müstəqilliyinə qarşı çıxaraq, onlara qarşı kolonial siyasət yürütmək Fransanın tarixinə düşmüş silinməz qara ləkədir. Azərbaycan da haqlı, ədalətli mövqeyini bir daha ortalığa qoyaraq qətiyyətli mövqe nümayiş etdirir. Ölkəmiz bu istiqamətdə də uğurla daim addımlayacaqdır.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki