image-qanunla-reklam
image-dron-merkezi

Ermənistanda kamikadze dronlarının gizli təlim mərkəzi – Foto

image-lady-day-az

Ermənistanın Armavir şəhərindən 12 km şimal-qərbdə yerləşən Baqramyan hərbi poliqonunda kamikadze dronların təlim uçuşları həyata keçirilir.

QANUNLA.AZ xəbər verir ki, bu informasiyanı “Land of Fire” Teleqram kanalı yayıb.

Məlumatda İran mediasının sözügedən yerdə Ermənistan Silahlı Qüvvələrinin istehsal etdiyi “AURS DEV-3” adlı yeni kamikadze PUA-larından birinin sınaqlarının foto və videolarını tirajlamasından bəhs edilib. 44 günlük müharibə zamanı ermənilərin guya Azərbaycanın bir neçə “Harop” kamikadze PUA-sını ələ keçirməsi haqqında əsassız iddialar səsləndirilib və bunların üzərində araşdırma apardığı bildirilib.

“AURS DEV-3” kamikadze PUA-sının hazırlanmasında da “Harop” PUA-sının texnologiyasından istifadə edildiyi qeyd olunub. Ermənistan mediası da adı çəkilən kamikadze PUA-sının xüsusiyyətlərindən bəhs edən informasiyalar yayıb. Bildirilib ki, onun radio idarəetmə diapazonu 400 km, maksimum sürəti 120 km/saat, uçuş müddəti isə 3,5 saatdır.

Nə qədər gizlədilməyə çalışılsa da, bəzi relyef əlamətlərinə görə, PUA-ların buraxılış qurğusunun da yerini müəyyənləşdirmək mümkün olub. Eyni zamanda xəritə və koordinatlar da paylaşılıb. Koordinatlar belədir:

40°13’32.16″N 43°55’20.57″E

İstiqamət: cənub-şərq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki