image-qanunla-reklam
image-643a713a247f9643a713a247fa1681551674643a713a247f5643a713a247f7

Erməni deputat Azərbaycan bayrağının yandırılmasına görə üzr istəyib

image-lady-day-az

Ermənistan Parlamentinin üzvü Hovik Ağazaryan İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması insidenti ilə bağlı üzr istəyib.

QANUNLA.AZ  xəbər verir ki, Parlamentdəki “Mülki Müqavilə” fraksiyasının üzvü bu barədə “Facebook” hesabında paylaşım edib.

“Mən bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və barbar tayfaların təzahürlərini tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi edə bilmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm. Mən utanıram”, – deputat paylaşımında qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki