image-qanunla-reklam
image-1658478172-426999256_0_128_3160_1906_1920x0_80_0_0_052feb8ba03659041df58612404957ec

Əli Əsədov müşahidə şurasının sədri TƏYİN EDİLDİ

image-lady-day-az

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli fərmanında dəyişiklik edilib.

“Qanunla.az” xəbər verir ki, bununla bağlı dövlət başçısı İlham Əliyev müvafiq fərmanı imzalayıb.

Fərmana əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Müşahidə Şurasının üzvlərinin sayı üç-dən 10-a artırılıb.

Bundan başqa, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurası üzvlərinin tərkibi müəyyənləşib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikasının Baş naziri

Müşahidə Şurasının üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki