image-qanunla-reklam
image-205708450_532813841090512_1525969732729284073_n

Deputat: “Medianın İnkişafı Agentliyi qısa müddətdə Azərbaycanın media məkanında çox böyük işlər görməyi bacardı”

image-lady-day-az

“Medianın İnkişafı Agentliyi qısa müddət ərzində Azərbaycanın media məkanında çox böyük işlər görməyi bacardı. Ümid edirəm ki, bundan sonrakı mərhələlərdə də yaranmaqda olan ənənələri davam etdirə biləcəklər. Yeni müsabiqələrin təşkil edilməsi, onların obyektiv şəkildə qiymətləndirilməsi, müsabiqəyə yazıların və iştirakçıların yeni üsullarla cəlb edilməsi inkişafda yeni mərhələdir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı,  “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Medianın İnkişafı Agentliyinin fəaliyyəti barədə danışarkən deyib.

O, agentliyin elan etdiyi müsabiqələrin mediadakı inkişafa müsbət təsirinə də toxunub:

“Agentliyin elan etdiyi müsabiqələr ənənəvi formadan fərqlənir. Həmçinin tətbiq edilən yeni metod qiymətləndirmə prosesində ola biləcək manipulyasiyaları dəf etmiş olur. Bu, yeni, kreativ yanaşmadır. Müsabiqədə medianın bütün sahələrinin iştirak edə bilməsi, təqdim olanacaq mövzularda rəngarəngliyin olması üçün şəraitin yaradılması, mövzuların ictimai maraq və diqqət doğurmaq baxımından aktuallığı, müxtəlif sahələr üzrə ixtisaslaşmış media nümayəndələrinin iştirakının təmin edilməsi müsbət haldır və bunu yüksək qiymətləndirirəm. Agentliyin silsilə seminarlar keçirməsi, qlobal şirkətlərlə ikitərəfli əlaqələrin qurulması Azərbaycan mediasında yeni inkişaf mərhələsidir. Bu cür tədbirlərin, müsabiqələrin davam etdirilməsi inkişafı stimullaşdıracaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki