image-qanunla-reklam
image-1687509316_1686555708_taleh-kazimov-banklar-nagdlasdirmanin-serf-etmemesi-ucun-komissiyani-artirir

Baş bankirdən bank faizləri ilə bağlı AÇIQLAMA

image-lady-day-az

“Azərbaycanda hüquq şəxslər üzrə orta kredit faizi 10,1%, fiziki şəxslər üzrə isə 16,1 faizdir. Bu göstərici Rusiyada 8,9 və 12,5 faiz, Gürcüstanda isə 14% və 18,6  fazidir”.

“Qanunla.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

Baş bankir bildirib ki, yüksək inflyasiya şəraitində kredit üzrə faizlərin azalması məqbul hesab edilmir.

“Ona görə ki, kredit faizlərinin azalması inflyasiyanı kəskin artıracaq. Bu isə makroiqtisadi dayanıqlıq nöqteyi-nəzərdən qəbul olunan deyil. May ayının inflyasiyası 11,5 fazidir. Bu ilin sonuna kimi aprel proqnozlarına əsasən illik inflyasiya 8,3 faiz olacaq. Bu da bizim hədəf diapazonumuzdan yüksəkdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki