image-qanunla-reklam
image-kosmos

“Azərkosmos”un ölkəyə gətirdiyi gəlir artıb – FOTO

image-lady-day-az

2021-ci ilin birinci yarısında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 22 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.

Qanunla.Az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin iyul sayında məlumat verilib.

2020-ci ilin ilk altı ayı ilə müqayisədə xitmət ixracından əldə edilən gəlir iki faiz artıb.

2021-ci ilin yanvar-iyun ayları ərzində “Azərkosmos” ASC-nin peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixracı etdiyi ölkələrin siyahısında ilk beşlikdə ABŞ (5,1 milyon ABŞ dolları), Birləşmiş Krallıq (5,1 milyon ABŞ dolları), Fransa (4,8 milyon ABŞ dolları), Malayziya (3,6 milyon ABŞ dolları) və BƏƏ (878 min ABŞ dolları) qərarlaşıb.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

Təkcə iyun ayında isə “Azərkosmos” ASC dünyanın 24 ölkəsinə 2,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

image-2-10


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki