image-qanunla-reklam
image-1660219645-48187948_320521271873755_2503947314884771840_n-1024x678-min

Azərbaycanda ƏDV 18 faizdən 2 faizə endirilsin – TƏKLİF

image-lady-day-az

“Azərbaycanda rəsmi inflyasiya 13 faizə yaxındır. Ərzaq inflyasiyası isə 20 faiz civarındadır. Ərzaq məhsullarının qiymətində daha çox artım müşahidə edilir”.

 

Bunu “Qanunla.az“a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, son bir neçə ayda bitki yağlarının qiyməti sürətlə artıb:

“Azərbaycanda qiymət artımının bir neçə səbəbi var. Obyektiv səbəbi dünyada da qiymətlərin artması və inflyasiyanın sürətlənməsidir. Subyektiv səbəblər isə daha çoxdur. Azərbaycanda yerli istehsalın zəif olması, inhisarçılıq meylləri və s. daxili bazarda qiymət artımına səbəb olan əsas amillərdəndir. Qiymət artımlarının belə sürətlə getməsinə baxmayaraq, hökumət ondan asılı olan addımları atmaq istəmir. Təklif edirik ki, ƏDV 18 faizdən 2 faizə endirilsin. Bu, birdən-birə 16 faiz azalma deməkdir. Biz gündəlik ərzaq məhsullarını daha çox supermarketlərdən alırıq. Orada isə aldığımız məhsulların üzərinə 18 faiz ƏDV gəlir. Bu gün 50 manatlıq nə isə alırıqsa, 9 manat ƏDV ödəyirik. Əgər hökumət bizim təklifimizi qəbul etsə, 50 manatlıq məhsul alarkən, 9 manat deyil, 1 manat ƏDV ödəməli olacağıq. Bu da Azərbaycan ailələrinin büdcəsinə müsbət təsir göstərər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki