image-qanunla-reklam
image-219166244_974154493127942_8652615070956253063_n

Azərbaycan öz Qələbəsi ilə bütün regionda yeni reallıq yaradıb

image-lady-day-az

Azərbaycan öz Qələbəsi ilə bütün regionda yeni reallıq yaradıb

 

Nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri gündəmin əsas mövzularından biri kimi mühüm əhəmiyyət kəsb edir. Bu səfər tərəfdaşlığımızın göstəricisi olmaqla bərabər, Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir ki, bu da ölkəmizin hədəflərinə tam uyğundur. Bu gün Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Bu il isə Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ticarət dövriyyəsinin həcmi 6,8 milyard ABŞ dolları təşkil edib. 1700-dən çox Avropa şirkəti Azərbaycanda fəaliyyət göstərir ki, buda bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirməklə yanaşı, Azərbaycanın üzv dövlətlərlə ikitərəfli əlaqələrdə fəallığını göstərir. Belə ki, ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bundan başqa, bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli və etibarlı dövlət olmasından xəbər verir. Ona görə də Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazır olduğunu qarşılıqlı münasibətlərdə təsdiq edir.

Şahnaz Mustafayeva-Tarix diyarşünaslıq muzeyinin direktoru

 

Azərbaycan Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir.

Enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqı ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Ötən illər ərzində enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması, 2020-ci ilin sonunda isə onun sonuncu–dördüncü seqmenti olan Trans-Adriatik kəmərinin istismara verilməsi mühüm tarixi əhəmiyyətə malikdir. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, gələcəkdə Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artırılacaq. Münasibətlərin əsasında duran Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik etməsi bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. Bu gün Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Bundan başqa, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Əminik ki, Azərbaycanın qaz təchizatçısı kimi potensialı gələcəkdə daha da artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Bu nəhəng nəqliyyat infrastruktur layihələrinə nəzər saldıqda, əminliklə deyə bilərik ki, bütün bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətini göstərir: “İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Bunun üçün mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir.

Eldar Xəlilov – Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi

 

Bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən bildirmiçdir ki, ”bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir və bu ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana bizim ərazilərimizdə layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq”. Bakı-Tbilisi-Qars dəmir yolunun, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsi ilə sözsüz ki, Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaq. Çünki dövlətimiz bütün yaxın qonşularımız və region ölkələri ilə ikitərəfli səviyyədə yaxşı mühriban əlaqələr qurmaqla qurmaqla sıx iqtisadi-siaysi münasibətlər yaratmışıq. Hazırda biz hər şeyin dağıdıldığı işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması istiqamətində böyük işlər aparılır. Bundan əlavə, Azərbaycandakı siyasi, iqtisadi sabitlik də bu əlaqələrin təhlükəsizliyinin təminatçısıdır.

Abuzər Xəlilov-Şəftəhal kənd sakini, ağsaqqal

 

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaqdır.

Avropa İttifaqı Azərbaycan üçün olduqca yaxın tərəfdaşdır. Prezident Şarl Mişelin ölkəmizə səfəri bunun əyani göstəricisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Böyük nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat mərkəzlərindən birini yaratmağa nail olmuşuq. Biz qonşularımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmaqla Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verib. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaqdır. İşğaldan azad olunmuş ərazilər xarici sərmayələrin qoyulması üçün münbüt şərait yaradılıb.

Rafiq Məmmədov-Zərdab şəhər sakini, təqaüdçü

 

Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır.

Bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri gündəmin əsas mövzularından biri kimi mühüm əhəmiyyət kəsb edir. Bu səfər tərəfdaşlığımızın göstəricisi olmaqla bərabər, Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir ki, bu da ölkəmizin hədəflərinə tam uyğundur. Avropa İttifaqının (Aİ) qurulduğu tarixdən hazırkı dövrə qədər fəaliyyətinin əsas funksiyası Qərbi Avropanın, sonra isə yaxın ətrafının təhlükəsizlik və sabitliyinin təmin edilməsi istiqamətində olub. Bu funksiyanın yerinə yetirilməsi zamanı müraciət edilən ən effektiv xarici siyasət vasitələrindən biri isə genişlənmə siyasəti olub. Aİ demokratik idealları və azad bazar iqtisadiyyatını qəbul edən ölkələri, İttifaq çətiri altında toplayıb təhlükəsizlik və sabitlik mühitini hərbi qüvvə sərf etmədən formalaşdırıb. 1990-cı illərin əvvəllərində Sovet İttifaqının, Şərqi və Mərkəzi Avropada kommunizm rejiminin dağılması ilə birlikdə Aİ-nin təhlükəsizlik və sabitliyi təmin etmək rolu daha geniş, dərin və əhəmiyyətli şəkil almağa başladı. Avropa İttifaqının yaxın sərhədlərində baş verən hadisələr onun daxili təhlükəsizliyinə təsir edir və buna görə də, Aİ həmin ölkələr ilə sıx əlaqələr yaratmaqda maraqlıdır. Azərbaycan – Avropa İttifaqı əməkdaşlığının dinamik inkişafı, sözügedən yöndə əldə edilən uğurlar ölkəmizin xarici siyasətində xüsusi yer tutan bu mühüm prioritet istiqamətə xüsusi önəm verilməsinin məntiqi nəticəsidir. Respublikamız ilə Avropa İttifaqı arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edib, bu beynəlxalq təşkilat Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Respublikamız Avropa bazarlarına xam neft nəqlini həyata keçirən etibarlı təchizatçı kimi tanınıb və yaxın zamanda ölkəmizin Avropa İttifaqına üzv dövlətləri təbii qazla da təchiz edəcəyi nəzərdə tutulub. Azərbaycanda Avropa İttifaqı ilə birgə müxtəlif proqramlar və layihələr də uğurla reallaşdırılıb. Aİ ilə yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər bu nüfuzlu qurumla ikitərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb. İndiyədək tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu və bu kimi digər mühüm sənədlər çoxşaxəli əməkdaşlığın əsaslarını müəyyənləşdirib. Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması isə tərəflərin qarşılıqlı hörmətə, bərabər səviyyəli əməkdaşlığa əsaslanan əməkdaşlığın inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirib. Həmin sənəddə yer alan ən mühüm məqamlardan biri isə tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə edilməsi olub Bu gün ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Bu il isə Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ticarət dövriyyəsinin həcmi 6,8 milyard ABŞ dolları təşkil edib. 1700-dən çox Avropa şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu, Azərbaycanın iqtisadi fəaliyyətinin miqyasını nümayiş etdirməklə yanaşı, ölkəmizin üzv dövlətlərlə ikitərəfli əlaqələrdə fəallığını göstərir. Belə ki, ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Avropanın aparıcı ölkələrini öz sıralarında birləşdirən Aİ ilə Azərbaycan arasında siyasi dialoq yüksək səviyyədədir. Şarl Mişelin ölkəmizə son səfəri bunu bir daha təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyevlə Şarl Mişelin təkbətək görüşü iki saat davam edib. Danışıqlar Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektrini əhatə edib, o cümlədən siyasi dialoqdan məmnunluq ifadə olunub, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri, həmçinin Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Şarl Mişelin region ölkələrinə səfərində protokol qaydalarına tam riayət olunub, Azərbaycan, Ermənistan və Gürcüstana eyni vaxt ayrılıb. Avropa İttifaqının yüksək səviyyəli rəsmisi Azərbaycanın regionlarına səfərə gedib, Şamaxıda olub və Cümə məscidini ziyarət edib. Bu, Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycan xalqının dəyərlərinə, İslam dininə hörmətinin göstəricisidir. Azərbaycana səfəri çərçivısində “Azərkosmos” ASC-də olan, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatlara qatılan Şarl Mişel ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə də tanış olub. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Bunun üçün mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir. Belə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil, Avropa İttifaqının prioritet hesab etdiyi iki istiqamət – iqlim dəyişməsi və rəqəmsal inqilab sahəsində birgə başlanılan layihələrin əsasında olmalıdır. Bu nəhəng nəqliyyat infrastruktur layihələrinə nəzər saldıqda, əminliklə deyə bilərik ki, bütün bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətini göstərir.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Enerji təhlükəsizliyinin təmin olunması əməkdaşlığın əsas istiqamətlərindən biridir.

İyul ayının 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri gündəmin əsas mövzularından biri kimi mühüm əhəmiyyət kəsb edir. Bu səfər tərəfdaşlığımızın göstəricisi olmaqla bərabər, Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir ki, bu da ölkəmizin hədəflərinə tam uyğundur. Prezident İlham Əliyevin və Şarl Mişelin iyulun 18-də Bakıda keçirilən birgə mətbuat konfransında Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı rola xüsusi diqqət yetirilərək bildirilib ki, Cənub Qaz Dəhlizi layihəsinə 33 milyard ABŞ dolları həcmində ümumi investisiya qoyuluşu reallaşdırılıb və bu, Azərbaycanla adı çəkilən təşkilatın iqtisadi-siyasi əlaqələrinin daha da dərinləşməsini gerçəkləşdirib. Ötən illər ərzində enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması, 2020-ci ilin sonunda isə onun sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəmərinin istismara verilməsi mühüm tarixi əhəmiyyətə malikdir. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, gələcəkdə Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artırılacaq. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik etməsi bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Əminik ki, Azərbaycanın qaz təchizatçısı kimi potensialı gələcəkdə daha da artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir. Azərbaycanla Aİ arasındakı əməkdaşlığın mühüm bir istiqaməti, sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır. Artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP istifadəyə verildikdən sonra respublikamız Avropa ölkələrinə, həmçinin “mavi yanacaq” ixrac etmətə başlayıb. Trans-Adriatik kəməri artıq fəaliyyətdədir. Cari il yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi perspektivdə daha da artacaq. Azərbaycanın moderatorluğu ilə inşa olunan Cənub Qaz Dəhlizi “qoca qitə”nin enerji asılılığının aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər çox haqlı olaraq bildirirlər ki, Avropa alternativ təchizat mənbəyi və marşrutu qazanıb. Azərbaycanın son illər ərzində sürətli iqtisadi inkişaf yolu keçməsi, müstəqil siyasətini daha da təkmilləşdirməsi ilə İkinci Qarabağ müharibəsində əldə etdiyi parlaq qələbə sayəsində regionda geosiyasi balansı yeniləməsilə bağlıdır. Nəticədə, bir tərəfdən, dünyanın böyük geosiyasi gücləri regiondakı siyasətlərinə düzəlişlər etməli oldular, digər tərəfdən, Azərbaycanı bu regionun əsas geosiyasi faktoru kimi nəzərə almağa başladılar. Bu iki məqam Aİ-Azərbaycan münasibətlərinin məzmununa ciddi təsir etməkdədir. Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir, həm də bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur. Əminliklə demək olar ki, Aİ-Azərbaycan münasibətləri yalnız ziddiyyətlərlə deyil, həm də perspektivlə xarakterizə olunur. Azərbaycan Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə tərəflər arasında əlaqələrin güclənəcəyinə yeni ümidlər yaranmaqdadır.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görülür

İllərdir ki, mənfur düşmən tapdağında olan torpaqlarımızda hər şey məhv olunub. Özlərinəlazım olan bəzi binalar tikilib. Nə məqsədlə? Orada Ermənistan öz ordusunu yerləşdirir, tarix boyu bizim olan şəhərlərin özlərinin olduğunu iddia edirdilər. Biz torpaqlarımıza qayıtdıqdan sonra gördük və hətta bütün dünyaya göstərdik ki, bu torpaqlar onların deyil! Cənab İlham Əliyevin dediyi kimi – Əgər bu torpaqlar onlarındırsa, niyə hər yer darmadağın edilib?! İndi Qarabağ əsl sahibindədir. Və əsl sahibi olan bizlər tərəfindən orada infrastruktur yaradılır, bərpa quruculuq işləri gedir. Ölkə rəhbərliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə bütün yeni standartlara uğun şəhərər salınır, əhalinin rahatlığı, xalqın rifahı üçün hər şey hazırlanır. Biz vətənimizin gözü olan Qarabağı dirçəltmək üçün əlimizdən gələn hər şeyi edirik. Axı Qarabağ bizimdir. Biz bizim olanı aldıq və bizə layiq şəkildə müasirləşdiririk. Bu istiqamətdə bütün qüvvələr səfərbər olunub. Qarabağı gözəlləşdirmək, bu gözəlliyi dünyaya tanıtmaq üçün Füzulidə, Zəngilanda və Laçında hava limanları inşa olunur. Füzulidəki hava limanı il sonunda, Zəngilandakı hava limanı gələn il, Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə istifadəyə veriləcək. Bunlar Qarabağımızın ilbəil müasirləşməsi üçün nəzərdə tutulan və ediləcək addımlardır.

Vəfa Xəlilli-“Gəncliyə dəstək” İB-nin sədri

 

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaq.

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa quruculuq işlərinin ən önəmlisi burada yaradılacaq şirkətlərdir. Bunun sayəsində olacaq fəaliyyətlər həm həmin şirkətlər üçün yararlı, həm də Qarabağın düyaya tanıdılması, bizim olanın tandılması üçün önəmlidir. İllər sonra qazandığımız qələbəyə bütün dünya heyrandır. Bu heyranlığın nəticəsi olaraq investorlar buraya daha çox maraq göstərəcək. Azad olunan ərazilərin çox böyük potensialı var. İlk öncəsi Qarabağ regionun ən gözəl bölgələrindən biridir Gözəl yerlər dedikdə isə ağla turizm gəlir. Turizm isə xarici sərmayə üçün ən cəlbedici sahələrdən biridir. Növbəti sahə isə kənd təsərrüfatı ola bilər ki, Qarabağın torpağı münbitdir və bu məqam kənd təsərrüfatı məhsullarının emalı üçün yararlıdır. Xarici investorları maraqlandıracaq xüsusi məqamlardan ən önəmlisi isə burada olan bərpaolunan enerji mənbələrinin olmasıdır. Və xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini

 

Azərbaycan Xəzər regionunda ən böyük dəniz donanmasına malikdir
Azərbaycanda 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıq yaradıb. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda hər hansısa bir layihəni reallaşdırmaq mümkün deyil.Digər tərəfdən uzun illərdir qlobal əhəmiyyətli layihəni reallaşdırmaq mümkün deyil. Digər tərəfdən uzun illərdir qlobal əhəmiyyətli layihələri uğurla icra edən ölkəmizin beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici də daha da möhkəmlənib. Artıq müxtəlif dövlətlər, beynəlxalq və regional təçkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır. Təbii ki,ötən illər ərzində ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq platforması bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlara uyğun şəkildə daha da inkişaf etdirilə bilər.Dövlətimizin başçısının da bəyan etdiyi kimi, Azərbaycana dost və tərəfdaş ölkələr Ermənistanın işğalından azad edilən ərazilərimizin bərpasında iştirak edə bilərlər. Artıq sıralarında Avropa dövlətlərinin də olduğu bir sıra ölkələrin şirkətlərinin bu prosesə qoşulduqları məlumdur. Digər tərəfdən müharibədən sonra kommunikasiyaların açılması regionda yeni əməkdaşlıq üçün imkanlar yarada bilər. Bu səbəbdən də 10 noyabr 11 yanvar üçtərəfli bəyanatlarında əksini tapan kommunikasiyaların açılması məsələsinin həllini tapması da genişmiqyaslı əməkdaşlıq üçün yaxşı imkanlar vəd edir. Elə Prezident Şarl Mişel də ölkəmizə səfəri zamanı Avropa ittifaqının regional əməkdaşlıq səylərində iştirakl etmək arzusunu ifadə edir. Həmçinin o Azərbaycan – Ermənistan dövlət sərhəddinin delimitasiyası məsələsində də Avropa İttifaqının yaxından iştirak etməyə hazır olduğunu bəyan etdi. Bu da ittifaqın xoş niyyətindən xəbər verir.

Ləman Səfərəliyeva – Fəal gənc

 

Rəsmi İrəvan hərbi cinayətkardır

Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.
Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir. Atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir. Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin, atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi mülki əhalidir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır. Rəsmi İrəvan hərbi cinayətkardır. Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Paşinyanın siyasəti Ermənistanın suverenliyinə təhlükələr yaradır. Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır. Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar. İşğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılacaqdır. Dəymiş ziyanın hesablanması üçün komendaturalar yaradılacaqdır. Hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək və sonra vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaqdır. Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur. Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Basdırılmış minalar ərazidə bərpa-quruculuq işlərinin aparılmasını əsaslı şəkildə çətinləşdirir

Qürur hissi ilə qeyd etmək lazımdır ki, ulu öndərimizin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Bu reallığı əks etdirən çoxsaylı faktlar mövcuddur. Bunlardan biri də Qoşulmama Hərəkatında nüfuzlu şəkildə təmsil olunmaqla bağlıdır. Bu beynəlxalq təşkilatla sıx əməkdaşlıq xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini, ölkənin milli təhlükəsizliyinin təmin edilməsini müəyyənləşdirir. Azərbaycan öz Qələbəsi ilə bütün regionda yeni reallıq yaradıb. Bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Basdırılmış minalar ərazidə bərpa-quruculuq işlərinin aparılmasını əsaslı şəkildə çətinləşdirir. Azərbaycan 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıdır. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan – 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan digər müharibə cinayətləri də törədib. Onlar bizim şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o cümlədən ağ fosforlu mərmilərlə atəşə tutublar. Bu, sübuta yetirilmiş faktdır. Bizim şəhər və kəndlərimizə qarşı “SCUD”, “Toçka-U” və “İsgəndər-M” tipli ballistik raketlərdən istifadə olunub və həmin müharibə cinayətləri nəticəsində 100-dən artıq dinc sakin qətlə yetirilib. Bütün regionda dayanaqlı sülhün bərqərar olmasına və beynəlxalq layihələrin inkişafına maneə olan amillərdən biri də Azərbaycan-Ermənistan sərhədində bəzi neqativ halların baş verməsidir. Əlbəttə uzun illər nəzarətsiz qalmış mühitdə hər şeyi asanlıqla yoluna qoymaq mümkün deyil. Prezidentin Avropa İttifaqının lideri ilə görüşündə anlaşıldığıkimi, Avropa İttifaqı sərhədlərin delimitasiyasına köməklik göstərməyə hazırdır. Bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli dövlət olmasından xəbər verir. Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Sərhədlərin delimitasiyası məsələsində də Avropa İttifaqı yaxından iştirak etməyə hazırdır. Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri kimi cox mühüm məsələlərdən biri də ölkəmizin beynəlxalq terrorizmə və kütləvi qırğın silahlarının istifadəsinə qarşı mübarizədə fəal iştirak etməsidir. Bu sahədə dövlətimiz çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa cəlb olunmuşdur. Beynəlxalq terrorizmə qarşı mübarizə ilə əlaqədar Azərbaycan bütün beynəlxalq təşəbbüslərə qoşulur və bu sahəyə dair müxtəlif beynəlxalq tədbirlərdə layiqincə təmsil olunur. Bəllidir ki, Rəsmi İrəvan hərbi cinayətkardır. Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər. Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil. Orada bir dənə də olsun salamat bina yoxdur. Füzuli kimi şəhər mövcud deyil. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki