image-qanunla-reklam
image-1657790332_-73e0f74815536672872852707581082543

Aİ Rusiyadan imtina edib, Azərbaycan qazını ALACAQ

image-lady-day-az

Avropa Komissiyası Aİ ölkələrinə təbii qaz idxalını artırmaq və boru kəmərini genişləndirmək üçün Azərbaycanla saziş bağlamağı təklif edib.

“Qanunla.az” “Reuters”ə istinadən xəbər verirt ki, layihə Moskvanın Ukraynaya müdaxiləsindən sonra Rusiya qazından asılılığı azaltmaq üçün Aİ-nin səylərinin bir hissəsidir.

“Tərəflər kommersiya məqsədəuyğunluğuna və bazar tələbinə uyğun olaraq 2027-ci ilədək hər il ən azı 20 milyard kubmetr qaz həcmində Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixrac da daxil olmaqla ikitərəfli təbii qaz ticarətini dəstəkləməyə çalışırlar”, – sənəddə deyilir.

Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin sonuncu hissəsi olan Trans-Adriatik Qaz Kəməri ötən il İtaliya kimi Avropa ölkələrinə 8 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırıb.

Tədarükün artması həm də Azərbaycandan öz qaz hasilatını genişləndirməyi tələb edəcək. Layihədə qaz istehsalçılarının təhlükəsizliyini təmin etmək üçün “uzunmüddətli, proqnozlaşdırıla bilən və sabit müqavilələrin” vacibliyi vurğulanır.

Bundan əvvəl Azərbaycan bəyan etmişdi ki, Avropaya nəql etmək üçün kifayət qədər qaz ehtiyatı var və lazım gələrsə, qonşu ölkələrə də qaz nəqlini artıra bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki