image-qanunla-reklam
image-191559_h61xcch2xi

Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmişdir

image-lady-day-az

Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmişdir

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri böyük və zəngindir. Azərbaycanın qazandığı uğurlar onun həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. İlk dəfə 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzun müddətli inkişafının əsasını qoyması kimi daxil olub.

1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gətirilməsi isə tariximizə Azərbaycanın xilas edilməsi kimi düşüb. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa edib, separatçı qüvvələri zərərsizləşdirib. Hətta 1994 və 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını da qətiyyətlə alıb. Məhz bu mərhələlərdən sonra xalqımız sakit həyat tərzi sürməyə başlayıb. Məhz Ulu Öndərin fəaliyyəti sayəsində Azərbaycan parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas edildi. Xilaskarlıq missiyasına başlayan ulu öndərin atdığı ilk addımlardan biri də 1994-cü ildə atəşkəs haqqında sazişin əldə edilməsi oldu. Bu, olduqca mühüm addım idi. Çünki, ölkəni böhrandan çıxarmaq üçün ilk öncə müharibə dayandırılmalı, daxildə ictimai-siyasi sabitlik təmin edilməli idi.

Bütün bunları həyata keçirə bilən Ulu Öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının dirçəldilməsi istiqamətində mühüm qərarlar qəbul etdi. Ən önəmlisi isə “Əsrin müqaviləsi” kimi tanıdığımız neft müqaviləsinin imzalanmasına, xarici sərmayədarların ölkə iqtisadiyyatına sərmayə qoymasına, təbii sərvətlərimizin beynəlxalq bazarlara çıxarılmasına nail oldu. Bunun sayəsində də ölkəyə valyuta axını başladı ki, son nəticədə regionların inkişafı, ordu quruculuğu, beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulması istiqamətində addımlar atıldı.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti ölkəmizi sürətli inkişaf yoluna çıxarıb və bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycan mövqeyinə görə dünyanın ən güclü dövlətlərindən biri kimi tanınır.

 

Şəhla Eminova –Zərdab şəhəri, əməkdar müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki