image-qanunla-reklam
image-91861775732d3831e440

Heydər Əliyev ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu

image-lady-day-az

Ulu Öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu.

Dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı,özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi, onun tarixini yaradan şəxsiyyətlərlə də haqlı olaraq öyünmüşdür.Qədim zamanlardan tutmuş bütün tarix boyu ömrünü, canını,düşüncəsini xalqına sərf edən ağıllı, gələcəyi görməkdə peyğəmbərə oxşar sərkərdəsi, padşahı, rəhbəri ilə başqasından fərqlənmişdir.Həmişə olduğu kimi,XX əsrdə də Azərbaycan xalqının vətənini coşqun məhəbbətlə sevən ,əməli ilə el-obasının ümid yeri olan, əmin-amanlıq şəraitində xalqını səadətə qovuşdurmaqa çalışan, bütün insanlara sülh arzulayan,bu yolda canını əsirgəməyəm qəhrəman oğlu vardır.Bu,xalqımızın ağıllı,düşüncəli,tədbirli övladı Heydər Əlirza oğlu Əliyevdir.

Möhtərəm Heydər Əliyev hələ Moskvada olarkən daşnak ermənilərlə göz-gözə vuran rus hərbi birləşmələrinin 20 yanvar 1990-cı ildə Bakıda törətdikləri vəhşiliklərin, yüzlərlə tökülən şəhid qanlarının canlı şahidi oldu. “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni daşnaklarının Qarabağı Azərbaycandan qoparmaq üçün Parisdə saldıqları haray-həşiri eşitdi Azərbaycanda oturan rəhbər işçilərinin isə nə qədər kütbeyin,bacarıqsız, qabiliyyətsiz və yaramaz olduqlarını öz gözləri ilə gördü.Lakin xalq öz ümidini itirmədi.O,özünün xilaskarın:diplomat sərkərdəsini səbirsizliklə gözləyirdi. Bu xilaskar,diplomat sərkərdə Heydər Əliyev idi. Heydər Əliyev əvvəlcə Moskvada, Kreml meydanında rus hərbi birləşmələrinin Azərbaycanda törətdikləri vəhşilikləri qəzəblə,nifrətlə qarşıladı,bunu Azərbaycanın müstəqilliyinə cəhd kimi qiymətləndirdi,bu hadisəyə siyasi qiymət verilməsini və Qorbaçovu ədalət məhkəməsinə verməyi tələb etdi.Moskvadakı cəsarətli çıxışından sonra erməni kimi hiyləgər və rəzil düşmənlərin maskasını yırtmaq,onların fəndlərini boşa çıxarmaq və xalqına nicat vermək üçün doğma vətəni Naxçıvana qayıtdı.Heydər Əliyev doğma vətənə xalqını Simurq quşu kimi qanadı altına almağa, ağsaqqal kimi xalqına yol göstərməyə,yeri gəldikdə tilsimli qapıları ağılla,siyasətlə sındırmaq istəyən bir sərkərdə kimi gəlmişdir.Xalq onu mehribanlıqla, gül-çiçəklə qarşıladı.Xalq səhv etməmişdi.Bütün dünyanı Azərbaycanla razılaşmağa vadar edən dahi tez bir zamanda faciələr girdabına sürüklənən xalqı bataqlıqdan çıxarmağa, qardaş qırğını təhlükəsini aradan qaldırmağa müvəffəq oldu.Xalqın sonsuz səbirsizliklə gözlədiyi siyasi sabitliyi təmin edə bildi.

Zərdab şəhər 1 saylı məktəb-liseyin müəllimi Çinarə Fərəcova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki