Dövlət Sərhəd Xidmətinin şəhid hərbi qulluqçusu kiçik gizir Fərid Rüstəmovun 1-ci ildönümü qeyd olunub.
Qanunla.Az xəbər verir ki, 2022-ci il sentiyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan DSX-nin hərbi qulluqçusu kiçik gizir 1993-cı il təvəllüdlü Rüstəmov Fərid Nofəl oğlunun ildönümü ilə əlaqədar Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, rayonun rəsmi şəxsləri , hüquq mühafizə orqanlarının rəhbərləri şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər.
Rayon İcra başçısı Mərdan Camalzadə şəhidin ailəsinə başsağlığı verib.
Şəhidlərinizin ruhlarına dualar oxunub.
Daha sonra şəhidin ev muzeyi ziyarət olunmuş,İcra başçısı Mərdan Camalzadə xatirə kitabına ürək sözlərini yazmışdır.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərinə təşəkkür edib.
Vüqar Rəhimov






















