image-qanunla-reklam
image-81cfbcd4-d1ec-4545-a85e-44ae08d0d6b7

Zərdab rayonunun Nəzəralı kənd əhalisi cənab Prezident İlham Əliyevə təşəkkür edir

image-lady-day-az

Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Dövlətimiz atdığı bütün addımlarda xalqı düşünür, verilən bütün qərarlar xalqın həyat şəraitinin , sosial durumunun gündən-günə yaxşılaşmasına xidmət edir. Cənab İlham Əliyev yol infrastrukturunun inkişafına böyük önəm verir.Yollarımız dünya standartlarına uyğun inşa edilir. İnsanların rifahi həyata keçirilən dövlət proqramlarında hər zaman ön sıralarda durub. Ölkənin yol infrastrukturunun yenilənməsi iqtisati inkişaf göstəricisi olmaqla əhalinin sosial vəziyyətində olan müsbət irəliləyişi sərgiləyir. Ölkədə hər bir sahədə dinamik inkişaf müşahidə olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişib. Cənab prezidentin Zərdab rayonunun Nəzəralılı -Gəndəbil -Ağabağı-Şıxbağı yolunun çəkiməsi üçün vəsait ayırması diqqət və qayğısının bariz nümunəsidir. Məhz kənd əhalisi cənab prezidentin bu sərəncamını özlərinə qarşı qayğısı kimi qəbul edir. Uzun illər yol infrastrukturunun keyfiyyətsiz olması, kənd əhalisinin gediş- gəlişini çətinləşdirirdi. Öz təsərrüfat məhsullarını bazara çıxarmaqda müəyyən çətinliklərlə qarşılaşırdılar. Bundan sonra… bir neçə kəndin əhalisi bu yolun imkanlarından istifadə edərək, rayon mərkəzi ilə əlaqələri rahat quracaq.Cənab prezident Zərdab rayonuna qayğı göstərərək kənd təsərrüfatı və yüngül sənayenin inkişafı üçün vəsaitlər ayırıb. Bu xüsusda kənd əhalisi başda cənab prezident olmaqla, əməyi keçən hər bir kəsə təşəkkür edir. Nəzəralılar daima cənab prezidentin siyasətini dəstəkləyib və görülən işlərin hər bir vətəndaşın sosial rifahının yaxşılaşdırılması xidmət etdiyini görür. Mən İsmayılov Nicat Nəzəralı kənd camaatı adından cənab prezidentə təşəkkür edirəm və əminik ki, bundan sonra da cənab prezidentin daima diqqət və qayğısı üzərimizdə olacaq. Nəzəralı kənd camaatı Respublika müstəvisində görülən bu işləri yüksək qiymətləndirir.
Bunun səbəbi isə iqtisadi-siyasi bünövrənin təməlinin düzgün qoyulması, icrasına nəzarətin olunmasıdır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial – iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətində yaradıcı şəkildə çox yüksək səviyyədə uğurla davam etdirilir. Bu gün Azərbaycan ən yüksək inkişaf dövründədir. Artıq bölgələrimizdə də geniş layihələr həyata keçirilir. Bölgələrdə yolların salınması insanlar üçün gəliş-gedişi asanlaşdırır, kənd təsərrüfatı ilə məşğul olanlar məhsullarını rahat şəkildə bazara gətirir. Həm də rayonların, kəndlərin inkişafı daha da artır. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 48 rayon və şəhər ərazisində 3,6 milyon əhalinin yaşadığı 761 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1.816 kilometr olan avtomobil yollarının tikintisi və yenidən qurulması işləri davam etdirilir.
Prezident İlham Əliyev hər bir addımında vətəndaşların sosial mənafeyini əsas götürür, əhalinin bütün təbəqələrinin sosial rifahını şərtləndirən çeşidli dövlət proqramlarının həyata keşirilməsinə xüsusi önəm verir. Dövlət başçısının böyük qətiyyətlə həyata keçirdiyi islahatlar Azərbaycanın inkişaf perspektivi baxımından sözün həqiqi mənasında yeni üfüqlər açıb. Bütün bölgələrdə yolların salınması insanlar üçün gəliş-gedişi asanlaşdırır, kənd təsərrüfatı ilə məşğul olanlar məhsullarını rahat şəkildə bazara gətirir. Həm də rayonların, kəndlərin imici daha da gözəlləşir.

Nicat İsmayılov

YAP Yasamal rayon  üzrə ərazi partiya təşkilatının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki