image-qanunla-reklam
image-zelenskiy

Zelenski səlahiyyətlərinin bir hissəsini itirəcək

image-lady-day-az

Ukrayna Prezidenti Vladimir Zelenski may ayında səlahiyyətlərinin bir hissəsini itirəcək.

Qanunla.Az xəbər verir ki, bunu Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlər nazirinin keçmiş müavini Georgi Tuka deyib.

Onun sözlərinə görə, bu, may ayında Zelenskinin legitim prezidentlik müddəti rəsmən başa çatdıqdan sonra baş verəcək:

“Ukrayna qanunvericiliyinə görə, müəyyən addımları yalnız Ukrayna prezidenti edə bilər, onun vəzifəsini icra edən prezident yox”.

Keçmiş məmur Zelenskinin itirəcəyi səlahiyyətlərə misal olaraq hökumətdə və hüquq-mühafizə orqanlarında kadr təyinatlarını göstərib. Məsələn, prezident səlahiyyətlərini icra edənin nazirləri və generalları təyin etmək və ya vəzifədən azad etmək hüququ yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki