image-qanunla-reklam
image-photo_97727

Zəfər seçkisi

image-lady-day-az

Zəfər seçkisi

Azərbaycan xalqı daha bir tarixi hadisəyə imza atdı. Xalqımızın bayram əhval – ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. 2024-cü ilin 7 fevral növbədənkənar prezident seçkiləri sıradan bir seçki prosesi deyildi. Müstəqillik tariximizdə ilk dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə vətəndaşlar növbəti 7 il üçün dövlət rəhbərini seçdilər. Bu baxımdan növbədənkənar prezident seçkiləri 44 günlük Zəfər savaşının və uğurlu antiterror tədbirlərinin xalq iradəsi ilə təsdiqlənəcək möhürü oldu və bu səbəbdən 7 fevral seçkiləri Zəfər seçkisi kimi tarixə yazıldı. Bu seçkilərin tariximizdə analoqu olmayan hadisə sayılmasının daha bir özəlliyi isə qalib Xalq- qalib Lider tandemi idi. Müasir dünya siyasi düzənində ən inkişaf etmiş, hətta super güc sayılan dövlətlərdə belə vətəndaşların seçkiyə marağında aktivlik və lidersizlik problemi yaşanır.

2024-cü ilin 7 fevral seçkilərində Azərbaycan seçicisinin öz iradəsini böyük fəallıq və coşqu ilə ifadə etməsi, mütləq əksəriyyətlə Qalib Liderə səs verməsi dünya üçün müqayisəsi olmayan nümunə oldu.  Əslində, xalqımızın seçimi dünya üçün də öncədən bəlli idi və rəsmi nəticələrdə seçkidən əvvəl keçirilən rəy sorğuları təsdiqini tapdı. 200 illik tariximizi şərəfləndirərək Vətəni bütövləşdirən xalqın mütləq qəhrəmanına çevrilmiş cənab İlham Əliyev böyük səs çoxluğu ilə qalib gəldi. Seçkinin dünya üçün Azərbaycan örnəyində vətəndaşlarımız sevgi, coşqu ilə məntəqələrdə öz layiqli namizədinə səs verməklə ölkə başçısının təbliğat texnologiyaları və inzibati resursları ilə deyil, ümumxalq məhəbbəti ilə seçilməsini dünya siyasi tarixinə əbədi nümunə olaraq həkk etdilər.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir

2024-cü ilin 7 fevral növbədənkənar prezident seçkiləri bütün beynəlxalq və yerli müşahidəçilərin, həmçinin, digər namizədlərin rəylərində əks olunduğu kimi tam ədalətli, şəffaf şəkildə keçirilən seçkilər dünya demokratiyası üçün də bir örnək oldu. Seçkinin dünya üçün Azərbaycan örnəyində vətəndaşlarımız sevgi, coşqu ilə məntəqələrdə öz layiqli namizədinə səs verməklə ölkə başçısının təbliğat texnologiyaları və inzibati resursları ilə deyil, ümumxalq məhəbbəti ilə seçilməsini dünya siyasi tarixinə əbədi nümunə olaraq həkk etdilər. Prezident cənab İlham Əliyevin fəaliyyətinə nəzər saldıqca Azərbaycan seçicisinin seçimində haqlı olduğu aydın şəkildə görünür. Çünki Prezident kimi cənab İlham Əliyevin yürütdüyü siyasətin əsasını ədalət təşkil edib. İllərdir həm siyasi müzakirələrdə, həm iqtisadi layihələrin reallaşmasında xalqımız, eləcə də dünya ictimaiyyəti Prezident İlham Əliyevin simasında Azərbaycanın dürüst və ədalətli mövqeyinin şahidi olub.

Prezident cənab İlham Əliyev Azərbaycan rəhbəri kimi fəaliyyəti dönəmindən bugünümüzə qədər müstəqil siyasət yürütməyi bacararaq ikili standartlarla yaşayan imperialist dünyada mümkün təhlükələrdən qoruyaraq ölkəmizi yeni imicdə qlobal arenaya təqdim edib. Prezident cənab İlham Əliyevin nüfuzu, geopolitik və geosiyasi  gedişləri beynəlxalq miqyasda mövqelərimizin möhkəmlənməsi  ilə nəticələnməsi ilə yanaşı, Azərbaycanı həm də yüksək dost, tərəfdaş ölkəyə çevirib.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi

Prezident cənab İlham Əliyev hər bir vətəndaşına münasibətində ədalət prinsiplərinə sadiqlik nünayiş etdirərək Azərbaycanı sosialyönümlü ölkəyə çevirmişdir. Vətəndaşın marağını hər şeydən üstün tutaraq daim xalqın içində olub, qayğılarını, problemlərini onların dilindən eşidib, hətta yubiley yaşını onlarla birlikdə keçirib. Məhz bu alicənablıq, böyüklük, Vətəninə bağlılıq kimi ali dəyərlər Prezident cənab İlham Əliyevi xalqın namizədi kimi yüksək məqama çatdırdı. Xalqımız, dövlətimiz Prezident cənab İlham Əliyevin liderliyi ilə ən qüdrətli dövrünün xoşbəxtliyini yaşayır. Müstəqilliyimizin əvvəllərində qətl olunan, hüquqları pozulan, evindən, yurdundan didərgin salınan xalqımızın cavab haqqını 30 il sonra məhz Prezident cənab İlham Əliyev ləyaqətlə verdi. Prezident cənab İlham Əliyevin Komandanlığı altında Qarabağ tam şəkildə işğaldan azad olundu. Tarixdə qəhrəmanlığı vətənpərvərliyi ilə iz qoymuş xalqımızın layiq olduğu haqqı qüdrətli rəhbər, qalib Sərkərdə tərəfindən özünə qaytarıldı.  Azərbaycan tarixi üçün fenomenal şəxsiyyət məqamını fəth edən Prezident cənab İlham Əliyev beynəlxalq arenada lider olaraq yüksəlməklə həm də Azərbaycan xalqını zirvələrə daşıdı.

2024-cü ilin 7 fevral prezident seçkilərinin nəticələri xalqımızın qalib liderinə olan sevgisinin təzahürü ilə bərabər, həm də gələcəyə inam mesajı oldu. Bu gələcək bu gündən bizə böyük və qüdrətli Azərbaycanı göstərir. Ölkəmizin problemlərini, milli dərdlərini həll edərək Azərbaycanı həmin hədəflərə aparan ümumxalq rəhbərinə sevgi əbədidir.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi

Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini irəli sürdü. 2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, reallıqda onun əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun tör-töküntüsü Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması şanlı Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən və insan tələfatı ilə nəticələnən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başladı. 2023-cü il sentyabrın 20-də müvafiq şərtlər altında bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsi oldu. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan bütün ərazilərində öz suverenliyini tam bərpa etdi.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub

Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları müasir müstəqil, qalib Azərbaycanla qürur duyur.  Cənab İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində “Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq – biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir” fikirləri ilə uğurlarımızda birliyimizin, həmrəyliyimizin rolunu xüsusi qeyd edir və bu hədəfi açıqlayır ki, birliyimiz daimi olmalıdır.

Azərbaycançılıq ideologiyasının inkişafı və təbliği müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə əsas hədəflərdən olub. Ulu Öndərin atdığı hər addım bu hədəfə böyük töhfə idi. Məhz bu baxımdan cənab İlham Əliyev andiçmə mərasimində bildirdi ki,  azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz,  onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki  hamımız bir amal uğrunda birləşmişik. Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur. Deyə bilərəm ki, bu sahədə çox böyük tarixi nailiyyətlər var, baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, bizim aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki