image-qanunla-reklam
image-eeede54845768be3dfd1cb6bd10638dc

Zaxarova NATO liderlərinin Navalnının ölümünə reaksiyasını şərh etdi: “Özünüifşadır”

image-lady-day-az

“NATO ölkələrinin liderlərinin Aleksey Navalnının ölümünə Rusiyaya qarşı ittihamlar şəklində dərhal reaksiyası özünüifşadır”.

Qanunla.Az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb.

“Hələ məhkəmə-tibbi ekspertizası yoxdur, amma Qərbin nəticələri artıq hazırdır”, – deyə o, əlavə edib.

Xatırladaq ki, Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında həbs həyatı yaşayan və 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalifətçi Aleksey Navalnı bu gün vəfat edib.

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı hazırda Rusiya Federal Penitensiar Xidməti müvafiq prosedurları həyata keçirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki