image-qanunla-reklam
image-photo_43059

Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək

image-lady-day-az

Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək

1992-ci il fevralın 26-na keçən gecə erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 28-ci ildönümü bu dəfə də respublikamızın hər yerində, eləcə də dünyanın onlarla ölkəsində xatirə mərasimləri ilə qeyd edildi.

Azərbaycan paytaxtının minlərlə sakini anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva anım mərasimində iştirak edirdilər.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, ölkəmizdəki dini konfessiyaların rəhbərləri abidənin önünə gül dəstələri qoydular.

Xocalı faciəsi iki əsrə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.

Hər il soyqırımı qurbanlarının əziz xatirəsinin ümumxalq səviyyəsində yad edilməsi onu göstərir ki, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, – təbii ki, onların da taleyi bəllidir, – 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.

Mən xalqımıza dövlətimizə bir Azərbaycan vətəndaşı olaraq onu deməliyəm ki, Xocalı faciəsi bizim hər birimizin indiki nəslin və eləcədə gələcək nəslin yaddaşından heç bir zaman silinməyəcək.

 

Mehriban Mənəfova

Saatlı MKS-nin Xidmət şöbəsinin baş kitabxanaçısı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki