image-qanunla-reklam
image-1708056682-1703236558_658541d47a2e3658541d47a2e41703231956658541d47a2de658541d47a2e1

Xəzərdə Rusiyanın sərnişin gəmisi batdı

image-lady-day-az

Xəzər dənizində Rusiyanın kiçik gəmisi batıb.

Qanunla.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

Göyərtəsində iki sərnişin və bir kapitanın olduğu gəmidə iki nəfər itkin düşüb.

“İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi əlverişsiz hava şəraiti səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər suya düşüb. Üç saatdan çox soyuq suda qaldıqdan sonra iki kişi itkin düşüb”, – məlumatda deyiilir.

Bildirilib ki, daha bir nəfər qayıqla sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib.

Hazırda itkin düşənlərin axtarışı davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki