image-qanunla-reklam
image-mahmudeli-cohreqanli

Urmuya gedin, SEPAH üzvü də olsa, səs verin – Çöhrəqanlı

image-lady-day-az

O yerlərdə ki seçkiləri boykot etməyimiz qeyri-türklərin qələbəsinə səbəb olacaq, orada bütün gücümüzlə seçkilərdə iştirak edəcək və SEPAH üzvü belə olsa, azərbaycanlı namizədlərə səs verək.

Qanunla.Az xəbər verir ki, bu sözləri ABŞ-da yaşayan milli fəal Mahmudəli Çöhrəqanlı deyib.

Güney Azərbaycanın başqa bölgələrində seçkiləri boykota çağıran fəal vətəndaşlardan Urmiyada seçkilərdə aktiv şəkildə iştirak etməyi istəyib:

“Urmiya istisnadır. Orada türk olan hər bir namizədə, hətta SEPAH üzvünə, rejimin çaqqalı belə olsa, səs verin. Yetər ki, türk olsun!” – o, təkid edib.

Çöhrəqanlı bunu Qərbi Azərbaycan əyalətindəki kürd namizədlərin parlamentə getməsinin qarşısının alınması üçün vacib hesab edib.

Milli fəal Təbriz, Ərdəbil və başqa şəhərlərdən qruplar halında türk namizədlərə səs vermək üçün Urmiyaya getmələrini istəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki