image-qanunla-reklam
image-alper-gezeravci

Türkiyəli astronavtın Yerə qayıdışı təxirə salındı

image-lady-day-az

Aralarında Türkiyənin ilk astronavtı Alpər Gezeravcının da olduğu “Ax-3” komandasının Beynəlxalq Kosmik Stansiyadan (BKS) çıxışı təxirə salınıb.

Qanunla.Az xəbər verir ki, bu barədə “SpeysX” X hesabında məlumat yayıb.

Bildirilib ki, Florida sahillərində əlverişsiz hava şəraiti ilə əlaqədar “Dragon” və “Ax-3” ekipajı fevralın 5-dən əvvəl BKS-i tərk etməyəcək.

Qeyd edək ki, “Ax-3” komandasının kosmos missiyası dünən başa çatıb. Onlar bu gün Yerə çatmalı idilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki