image-qanunla-reklam
image-17026258484468460493

Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi

image-lady-day-az

Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi

ATƏT-in Minsk qrupu keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurum idi. Qrumun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992 ci il 24 martda Helsinkdə keçirilmiş görüşündə başlayır.Beləki  həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuşdur.ATƏM-in Ermənistan -Azərbaycan münaqişəsinin sülh yolu iləhəll edilməsinə dair Minsk konfransının çağrılması haqqında qərar qəbul edilmişdir. 1994-cü il dekabrın  5-6 ATƏM -in Budapeştə keçirilən Zirvə toplantısında həmsədirlik institu  təsis  edildi. Minsk prosesinin həmsədirlik institu təsis olunarkən ona əvvəlcə Filandiya ilə Rusiya daha sonra isə 1995-1996 cı-illərdə İsveç və Rusiya başçılıq etmişdir. 1 yanvar 1997 -ci ildən  etibarən həmsədirlər ABŞ Rusiya və Fransa başçılıq etmişdir. ATƏTin Minsk Qrupunun üç sədrindən biri olan Fransa Ermənistanda 2018 ci ilin yazında baş verən hakimiyyət dəyişikliyindən sonra açıq aşkar ermənipərəst siyasət yeritməyə başlamışdır. Beynəlxalq erməni lobbisi və beynəlxalq patronlarının  köməyi ilə hakimiyyətə gələn “demokrat imicli” yeni qüvvələr özlərindən əvvəlki rəhbərlərin siyasi xəttinə nəinki sadiq qalmış hətta  “yeni müharibə yeni ərazilər” şüarını səsləndirmişlər.Militarist ruhlu demokrat Ermənistan rəhbərlərinin Azərbaycan Respublikasına yeni ərazi iddiaları səsləndirməsi erməni niyyətindəki müharibənin anonsu olmaqla yanaşı gələcək hədəflərində göstərirdi.Məqsəd Azərbaycan Respublikasının iqtisadi gücünü zəiflətmək və beynəlxalq komunikasiya xətlərinin keçdiyi ərazilərin işğalı idi. 28 il fəaliyyət göstərən Minsk qrupu heç bir iş görə bilmədi.Onun fəaliyyəti sıfıra bərabər idi. Ermənistan Azərbaycan münaqişəsi xalqımızın əzimi qəhrəman oğullarmızın çanı bahasına və eyni zamanda Müzəffər Ali Baş Komandanımızın apardığı uğurlu siyasət nəticəsində həll olundu.

Azərbaycan dövləti 44 günlük müharibədən öncədə və sonrada Minsk qrupunun fəaliyyətini tənqid edib. Prezident cənab İlham Əliyev ATƏT -in Minsk qrupunun həmsədirlərini və ATƏT-in fəaliyyətdə olan sədirinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən onlara demişdir ki Minsk qrupu münaqişənin həllində heç bir roloynamayıb və Ermənistanı Azərbaycan ərazisindən çıxmağa vadaredə bilməyib. 8 aprel 2022-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrov  Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Mins qrupunun artıq fəaliyyət göstərmədiyni bildirmişdir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər

XIX əsrin son rübündə boğazlar uğurunda mübarizədə “erməni məsələsi” gündəmə gətirildiyi kimi XX əsrin sonunda Cənubi Qafqaz dəhlizləri uğurunda mübarizədə siyasi məqsədlər üçün “əzabkeş erməni” kartı oyuna daxil edildi. Nəticədə böyük güclərin köməyi ilə Azərbaycan torpaq itgisi ilə üzləşdi,insanlıq tarixinin üzqarası sayılan Xocalı Faciəsi törədildi,minlərlə insan qaçqın durumuna düşdü. Təssüf ki o dövrdəki respublika rəhbərliyi bu geopolitik oyunları anlayacaq qədər siyasi savada və təcürbəyə malik deyildilər. Sözün əsl mənasında vaxt əleyhimizə işləyirdi.Bir dövlət kimi müstəqilliyimizi itirmək təhlükəsi yaranmışdı. Yalnız Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra hadisələrin mahiyyətinə uyğun düşünülmüş daxili və xarici siyasət yürüdülməyə başlandı. Atəşkəs müqaviləsinin imzalandıqdan dörd ay sonra Azərbaycan Əsrin Müqaviləsi adlı beynəlxalq neft müqaviləsini imzalamaqla dünyanın aparıcı dövlətlərinin respublikamızda iqtisadi maraqlarını tərəflər arasında qarşılıqlı təmin etməklə,ölkəmizin mənafeyi əsas götürülməklə növbəti siyasi-strateji və iqtisadi uğur əldə etdi. Atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu dəfələrlə dünya ictimaiyyətinə çatdırmışdır. Ulu öndər Heydər Əliyev müxtəlif beynəlxalq görüşlərdə, konfrans, iclas və tədbirlərdə Azərbaycanın haqq səsini beynəlxalq tədbirlərdə ucaltmışdır.

Ulu öndər Heydər Əliyevi siyasi varisi Prezident cənab İlham Əliyevin dövründə uğurla davam etdirilmiş dünya birliyinin aparıcı dövlətləri ilə siyasi və iqtisadi əlaqələr gücləndirilmiş ölkəmiz yeni  inkişaf mərhələsinə uğurla keçmişdir Azərbaycanın Qoşulmayanlar hərəkatında sədrliyi 2019 ci ildə daha bir il uzadılmış,beynəlxalq arenada ölkə nüfuzunun artması üçün effektiv silsilə tədbirlər görülmüşdür.Paralel olaraq ordunun güclənməsinə və yeni texniki vasitələrin invertarına daxil olmasına diqqət yetirilmiş,döyüş qabiliyyəti artırılmışdır. Ermənistan və onu “müdafiə edən” güclər istər  2020 iyul döyüşlərində istərsə də xalq ordu komandan birliyinin təcəssümü olan 44 günlük Vətən Müharibəsində məhz bu düşünülmüş siyasət nəticəsində uğursuzluğa düçar oldular. Azərbaycan ordusunun 2023-cü ilin 19-20 sentyabr qələbəsii nəticəsində qondarma qurumun ləğvi yeni geopolitik reallıq yaratdı. 44 günlük Vətən Müharibəsi qələbəsi transavrasiya komunikasiya xətlərinin yenidən bərpa olunması perspektivini önə çıxarmışdır. Lakin kapitulyasiya aktı ilə biabırçı  məğlubiyyətini etiraf edən Ermənistan müharibənin bitməsindən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmən tanımaqla bağlı sülh danışıqlarından müxtəlif siyasi oyunlar ilə boyun qaçırır,öhdəsinə götürdüyü vəzifələri icra etmir beynəlxalq hüquq normalarını heçə sayır. Ənənələrinə sadiq qalaraq Avropa paytaxtlarından yeni təlimatlar gözləyirlər. Ermənistanın əksinə Azərbaycan dayanıqlı sülhə maraqlıdır və bu istiqamətdə konstruktiv mövqe sərgiləyir.Regionun inkişafı üçün sülhün bərqərar olmasını əsas amil hesab edən Azərbaycan tərəfi dünya birliyi ölkələri və o cümlədən bütün region dövlətləri ilə qarşılıqlı iqtisadi,siyasi və mədəni əlaqələrin yaradılmasına hazır olduğunu daima beynəlxalq tribunalardan bildirir və bu istiqamətdə məqsədyönlü tədbirlər keçirir.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki